İcra Hakimiyyəti: Şamaxıda zəlzələdən dağılan evlərin sayı daha çox ola bilər » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Kreml: Sülhməramlılar Qarabağı tərk ediblər, çünki regionda onların daha funksiyası qalmadı  |     22:49 Xalq artistinin qızının toyundan GÖRÜNTÜLƏR - FOTO  |     22:22 Azərbaycanda ictimai nəqliyyatla bağlı XOŞ XƏBƏR  |     21:37 Berlin və Hamburqda banklarda partlayışlar baş verdi  |     21:23 Gürcüstan-Türkiyə sərhədində külli miqdarda qızıl-zinət məmulatlarının qanunsuz idxalının qarşısı alınıb  |     21:15 Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir  |     21:07 Gəncədə qanunsuz tikililərin qarşısı alınıb  |     20:50 Tayvan sahillərində ard-arda 10 yeraltı təkan baş verib  |     20:44 Azad edilmiş ərazilərdə 51 mina zərərsizləşdirilib  |     20:35 Malayziya Senatının sədri Azərbaycana səfər edəcək  |     20:29 Bu il qar ehtiyatı çoxillik normadan az olub  |     20:20 Bakıdakı 157 məktəbdə I sinfə qəbul prosesində prioritet tətbiq olunacaq  |     20:13 Sabah yağış yağacaq, külək əsəcək  |     20:06 Ərdoğan mayın 9-da ABŞ-yə rəsmi səfər edəcək  |     19:58 Xavi 84 ildən sonra "Barselona"da antirekordu təkrarlayıb  |     19:49 Hindistanda ağır yol qəzasında 9 nəfər ölüb  |     19:40 Sloveniya Bakı ilə İrəvan arasında razılaşmanı alqışlayıb  |     19:35 Depressiya və narahatlıq üçün yeni müalicə üsulu tapılıb  |     19:25 Taksi qiymətlərində artım var: Səbəb nədir? - VİDEO  |     19:02 Latviya Ukraynaya qısamənzilli hava hücumundan müdafiə sistemləri göndərəcək  |    

İcra Hakimiyyəti: Şamaxıda zəlzələdən dağılan evlərin sayı daha çox ola bilər

Şamaxı şəhərində baş verən zəlzələ nəticəsində rayon ərazisində dağıntıların qeydə alındığı evlərin sayı artıb.

Median.Az
xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Şamaxı rayon İcra Hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova deyib.

Onun sözlərinə görə, hazırda həmin ərazilərdə araşdırmalar davam edir: "İcra başçısı və rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri hələ də ərazilərdədir. İlkin məlumata görə, Şamaxının kəndlərində 25, rayon mərkəzində isə 17 evdə dağıntılar baş verdiyi deyilsə də, uçulan evlərin sayının daha çox olması ehtimal edilir. Çünki hələ də İcra Hakimiyyətinə gəlib evlərində dağıntıların olduğunu deyənlər var. Həmin şəxslərin mənzilləri qeydiyyata alınır və baxış keçirilir. Hələlik zəlzələdən zərər çəkən evlərin sayı ilə bağlı dəqiq məlumat yoxdur".

Xatırladaq ki, dünəndən indiyədək 5 zəlzələ qeydə alınlıb. İlkin zəlzələ yerli vaxtla 23:19-da Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə qeydə alınıb. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Sonuncu zəlzələ isə saat 04:25-də Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində qeydə alınıb. Həmin zəlzələlərin 3-ü hiss olunub, sonuncu iki zəlzələ isə hiss edilməyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 327 06.02.19 20:43