Xalq artisti: “Mənim yanıma heç kəs gəlmirdi” – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:49 Viktor Orban Ukraynada münaqişənin bitəcəyi vaxtı proqnozlaşdırıb  |     13:37 Azərbaycanda elektron siqaretlər qadağan olunsun - Deputatdan TƏKLİF  |     13:24 Yoldan keçən avtomobillərə “silah” tuşladı, polis hərəkətə keçdi - VİDEO  |     13:22 Bakıda kafedən minlərlə manat oğurlanıb  |     13:21 Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin TƏFƏRRÜATI - YENİLƏNİB  |     13:18 Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO  |     13:15 Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib  |     13:14 Ermənistan KİV: Bağanis istiqamətində müdafiə mövqeyi Azərbaycana təhvil veriləcək  |     13:13 Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb  |     13:11 İran XİN: “Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq”  |     13:09 Üç manat siqaret puluna görə əmisini öldürdü  |     13:08 Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ  |     12:59 Xankəndidə silah-sursat aşkarlanıb  |     12:56 Azərbaycanda zəlzələ olub  |     12:55 Azərbaycan nefti ucuzlaşıb  |     12:53 Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb  |     12:48 Ailəli olan sevgilisini ərinin yanına gətirdi, onunla evlənmədiyi üçün bıçaqladı - TƏFƏRRÜAT  |     12:43 52 ildən sonra oxuduqları məktəbdə görüşdülər - VİDEO  |     12:30 Tərtərdə qədim tarixin dağıdılmış izləri - VİDEO  |     12:16 Həyət evlərinin satışında yaranan durğunluğun səbəbi nədir? - VİDEO  |    

Xalq artisti: “Mənim yanıma heç kəs gəlmirdi” – VİDEO

Xalq artisti Arif Quliyev “ARB Günəş”in “Məktəbli ikən” layihəsinin qonağı olub.

Median.Az xəbər verir ki, aktyor öz məktəb illəri ilə bağlı maraqlı xatirələrini tamaşıçılarla bölüşüb:

“Peşəyönümlü internat məktəbində təhsil almışam. Orada sex var idi, yaxşı stol və stul düzəldə bilirdim. Dərslərimi zəyif oxuyurdum. Dram dərnəyində də üzv idim və kiçik yaşlarımdan tamaşalarda çıxış edirdim.

İnternat məktəbində ütü olmadığından şalvarımı gecə yatanda döşəyin altına qoyurdum ki, qırışmasın. Valideynləri olan uşaqların yanına gəlirdilər, biz də pəncərədən onlara baxıb həsəd aparırdıq. Bir dəfə məktəb yoldaşlarımdan biri üçün yaxınları noğul gətirmişdi. Ondan iki-üç dənə noğul istədim, vermədi. Mən də xalq artisti, müğənni Lütfiyar İmanova məktub yazdım ki, internat məktəbində oxuyuram və mənim yanıma heç kim gəlmir, sizdən mənə noğul göndərməyinizi xahiş edirəm. Bir həftədən sonra müəllimim mənə dedi ki, Lütfiyar İmanov sənə poçtla bir qutu noğul göndərib. Noğuldan bütün uşaqlara payladım, həmin uşaq mənə yaxınlaşıb üzr istədi”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 711 05.02.19 22:00