Göyçayda yaşayış evində yanğın olub.
Hadisə axşam saatlarında rayonun Potu kəndində kənd sakini Tərxan Rəsulova məxsus üç otağlı evdə baş verib.
Yanğın zamanı T. Rəsulovun ailəsi evdə olub. Onlar çətinliklə olsa da, evdən çıxa biliblər. Hadisə nəticəsində ölən və xəsarət alan olmasa da, evdə olan bütün əşyalar yanıb.
FHN-nin Göyçay rayon Yanğından Mühafizə İdarəsinin əməkdaşları yanğını qısa müddətdə söndürüblər.
Yanğının səbəbləri məlum deyil.//oxu.az