FHN “Yanğın təhlükəsizliyi ayı” keçirir » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

FHN “Yanğın təhlükəsizliyi ayı” keçirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti fevral ayının 1-dən mart ayının 1-dək “Yanğın təhlükəsizliyi ayı” keçirir.

FHN-dən verilən məlumata görə, “Yanğın təhlükəsizliyi ayı” ərzində Xidmətin ərazi və regional Dövlət Yanğın Nəzarəti idarələrinin şəxsi heyəti tərəfindən təyinatından asılı olmayaraq insanların kütləvi toplaşdığı obyektlərdə və yaşayış yerlərində vətəndaşların yanğın təhlükəsizliyi sahəsində maarifləndirilməsi, yanğına qarşı su təchizatının istifadəyə yararlı, təxliyə yollarının isə qaydalara uyğun olaraq saxlanmasına xüsusi diqqətin yetirilməsi nəzərdə tutulur.

Həmçinin baş verə biləcək yanğın yerinə yanğın avtomobillərinin vaxtında, eləcə də sərbəst şəkildə yaxınlaşmasına maneçilik törədən dirəklərin basdırılması və ya beton plitələrin düzülməsi ilə yolların hərəkət hissəsinin tam və ya qismən bağlanması hallarının aradan qaldırılması üçün FHN-in Dövlət Yanğından Mühafizə Xidməti ilə birgə müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub.//publika.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 198 05.02.19 19:30