Hüseyn Dəryanın oğlundan ÜRƏK DAĞLAYAN SÖZLƏR – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:49 Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb  |     22:34 Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb  |     22:27 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən oğurluq etdi  |     22:19 FHN "işə düzəldən" şəxsə cəza verildi  |     22:13 Bakıda yeni “mall” bu tarixdə açılacaq (FOTO)  |     21:56 Dostları Əməkdar artistə 111 000 AZN borcludur (VİDEO)  |     21:50 AP çirkli pullara qarşı mübarizədə 10 min avroluq nağd ödəniş limitini təsdiqlədi  |     21:41 Cəlilabadda yol qəzası olub, iki nəfər yaralanıb  |     21:30 Göyçayda inzibati xətalara yol verən 88 nəfər cəzalandırılıb  |     21:19 Ankarada fabrik yanır  |     21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |    

Hüseyn Dəryanın oğlundan ÜRƏK DAĞLAYAN SÖZLƏR – VİDEO

ARB TV-nin “Bu qədər” proqramın da bu dəfə mərhum reper Hüseyn Dəryanın həyatından danışılıb.

Reperin dostları, həyat yoldaşı və oğlu onunla bağlı xatirələrini bölüşüb:

Sona İbadova – Həyat yoldaşı: “2001-ci ildə konsertinə getdim. Bu konsetrdə demişdi ki, ən fəal fanatlarım yeni klipimdə yer alacaqlar. Mən çox istəyirdim o klipə çəkiləm, çünki, mən onun fanatı idim. Onunla şan-şöhrətinə görə ailə qurmamışam. Biz evlənəndə o sıfırda idi. 2005-ci ildə ailə qurduq, kirayədə yaşayırdıq. Evlənəndə mənə dedi ki, sən balacasan, mən işləmirəm, bizə çətin olacaq. Dedim, eybi yox, ikimiz də işləyərik.

Cahangirin 1 yaşı olanda restorana getdik, Hüseyn ad günündən çıxdı, biz getdik anamgilə. O da “mən birazdan gələcəm” deyib, bizdən ayrıldı. Səhər mənə zəng gəldi ki, Hüseyn Dərya həbs olunub. Onu görəməyə icazə vermirdilər. Mənim çoxsaylı xahişlərimdən sonra 1, 2 dəqiqəlik icazə ala bildim. Gözüm qapıda idi, qapıdan keçəndə gördüm əli qandallı gətirirlər. Çox pis oldum, ağlamağa başladım. Qandalını açdılar, biz görüşdük. Gəlişi kimi, gedişi də əfsanə oldu. Şou-biznesdə onun kimi partlayış edən, sevilən müğənni olmadı, hələ də yoxdur”.

Cahangir Dərya – Oğlu: “Anamdansa atamla bağlı xatirələrim çoxdur. Yaxşı ata kimi yadımda qalıb. Mənə pişik deyirdi. İndidən məni sevən kütlə var, gələcəkdə də çoxalacaq. Məni ən çox atama görə sevirlər. Adi insanın oğlu olsaydım məni heç kim tanımazdı. Atam çox yatırdı. İndi yanımda olsa ona deyərdim ki, çox yatma, mənimlə vaxt keçir. Onunçün darıxdığımı ona deyərdim. Əlacım olsa atamı yanıma gətirərdim”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 558 05.02.19 18:53