Maliyyə Bazarlarına Nəzarət Palatasından hansı səlahiyyətlər alınıb? » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Maliyyə Bazarlarına Nəzarət Palatasından hansı səlahiyyətlər alınıb?

Maliyyə Bazarlarına Nəzarət Palatasının bəzi səlahiyyətləri alınıb.

Azərbaycan prezidentinin “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında” 2016-cı il 3 fevral tarixli və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli Qanununun tətbiqi barədə” 2016-cı il 23 dekabr tarixli fərmanlarında və 2017-ci il 23 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilib.

Dəyişikliklərə görə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsi səlahiyyəti geri alınıb. Bu, müstəqil olaraq “Maliyyə Monitorinqi Xidməti”nə verilib.

“İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”ndan “lombardlara” sözü çıxarılıb.

Maliyyə sahəsində tanınmış ekspert Samir Əliyevin Oxu.Az-a verdiyi açıqlamaya görə, Maliyyə Monitorinq Xidmətinin müstəqil quruma çevrilməsinin Palatanın fəaliyyətinə bağlılığı yoxdur. Nəticə olaraq Palatanın səlahiyyətləri azaldılıb. Addıma səbəb beynəlxalq təşkilatların, bir az da konkretləşdirsək, Eqmont Qrupunun tələbidir. Bu qurum çirkli pulların yuyulmasının qarşısını almaq üçün tədbirlər görür.

Tələblərdən biri bu idi ki, Azərbaycanda müstəqil fəaliyyət göstərən maliyyə kəşfiyyat qurumu yaradılmalıdır. Azərbaycan hökuməti Maliyyə Monitorinq Mərkəzini (MMX) yaradıb və o zaman bu qurum Mərkəzi Bankın tabeliyində işə başlayıb. Azərbaycan 2009-cu ildə üzvlüklə bağlı Eqmont Qrupuna müraciət edib və 2011-ci ildə Qrupa tamhüquqlu üzv seçilib.

Qrupun əsas tələblərindən biri bu idi ki, maliyyə kəşfiyyatını həyata keçirən müstəqil olmalı və hansısa qrupa tabe olmamalıdır. Azərbaycandakı MMX ilk olaraq Mərkəzi Bankın nəzdində fəaliyyət göstərib, sonra yeni yaradılmış Maliyyə Bazalarına Nəzarət Palatasının nəzdinə keçib. Prezident sərəncamı da məhz bu problemi aradan qaldırmağa yönəlib.

Məlumat üçün bildirək ki, Azərbaycan yenidən həmin quruma üzv olmaq üçün müraciət edib və 2018-ci ilin sonuna yaxın öz statusunu bərpa edib.

Məlumat üçün bildirək ki, Eqmont Qrupunun əsası 1995-ci ildə bir neçə dövlətin Maliyyə Kəşfiyyat Bölmələri (Financial Intelligence Units) tərəfindən Belçikanın Brüssel şəhərində (Eqmont-Arenberq sarayında) qoyulub və hazırda 155 dövlətin maliyyə monitorinqi orqanları “Egmont” qrupunun üzvüdür.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 239 05.02.19 12:26