Gürcüstan Abxaziya və Cənubi Osetiya ilə sərhədləri açır? » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:19 Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO  |     16:01 Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış  |     15:50 Antalyada baş vermiş kanat qəzasının pərdəarxası görüntüləri - VİDEO  |     15:48 Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb  |     15:47 Sadır Japarov: “Birgə Bəyannamə iki ölkə arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir”  |     15:46 Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək  |     15:41 Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında  |     14:27 Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib  |     13:26 Xuliqanlıqda ittiham olunan MMA döyüşçülərindən biri azadlığa buraxıldı  |     13:12 Alimlər Günəşdə çox güclü partlayış qeydə alıblar  |     12:58 Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO  |     12:52 Qazaxın azad olunan kəndində 90-cı illərdən qalan texnikamız - VİDEO  |     12:49 Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı qərar verildi  |     12:48 Hadrut yenidən qurulur - Ən son görüntülər  |     12:34 ABŞ-da Castin Biberin yaxın dostu, reper Kris Kinq güllələndi  |     12:25 Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR  |     12:24 Bakıda taksilərin qiyməti bahalaşdı - VİDEO  |     12:21 AQTA-dan bazar rəhbərlərinə XƏBƏRDARLIQ  |     12:19 Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - AÇIQLAMA  |     12:18 Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO  |    

Gürcüstan Abxaziya və Cənubi Osetiya ilə sərhədləri açır?

Gürcüstan Abxaziya və Cənubi Osetiya ilə sərhəddə gömrük nəzarəti məntəqələrini açmağa hazırdır.

Bu barədə “Kommersant” nəşri Rusiya hökumətindəki mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki, gömrük nəzarəti məntəqələrinin Gürcüstanla Rusiya arasında ticarət və yüklərin tranziti haqqında imzalanan saziş çərçivəsində açılacağı gözlənilir.

“Əslində, saziş üzrə öhdəliklər Gürcüstanı Abxaziya və Cənubi Osetiyanı müstəqil gömrük əraziləri kimi tanımağa məcbur edir. Sazişin əsas məğzi 2008-ci ildən sonra Gürcüstanın yeni gömrük sərhədlərinin cızılmasıdır”, - deyə Rusiya hökumətindəki mənbə bildirib.

Qeyd edək ki, sözügedən saziş sərhəddə gömrük məntəqələrinin avtomatik açılmasını deyil, yalnız yük axınının monitorinqi üzrə öhdəlikləri nəzərdə tutur. Monitorinqlə İsveçrənin Societe Generale de Surveillance (SGS) məşğul olmalıdır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 251 05.02.19 11:39