İtmiş futbolçunun olduğu təyyarənin qalıqları tapıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |     18:42 ABŞ İsrailə bir milyard dollardan çox dəyərdə silah verə bilər  |     18:32 Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO  |     18:28 Azərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib  |     18:10 Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb  |    

İtmiş futbolçunun olduğu təyyarənin qalıqları tapıldı

“Kardif Siti” klubunun futbolçusu Emiliano Salanı daşıyan təyyarənin qalıqları La-Manş boğazında aşkarlanıb.

Bu barədə BBC məlumat yayıb.

Sala ailəsinin muzdla tutduğu təhqiqatçı Devid Merns dağıntıların Qernsi adasının sahilləri yaxınlığında üzə çıxdığını bildirib. Britaniyanın Hava Qəzalarının Araşdırma Agentliyinin yerli bölməsinin əməkdaşları təyyarənin qalıqlarının çıxarılması üçün həmin əraziyə göndərilib.

“Emiliano Sala və Devid İbbotsonun ailəsi artıq bu barədə məlumatlandırılıb”, - deyə Merns “Twitter” hesabında yazıb.

Xatırladaq ki, yanvarın 21-də Nantdan Kardiffə uçan “Payper Malibu N264DB” təyyarəsi radarlardan itib. Təyyarənin göyərtəsində argentinalı futbolçu və nəqliyyat vasitəsini idarə edən pilot Devid İbbotson olub.

Qeyd edək ki, “Kardiff siti” Salanı klub üçün rekord qiymətə - 15 milyon funt-sterlinqə heyətinə qatıb. 28 yaşlı oyunçu ötən ayın sonlarından məşqlərə başlamalı idi.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 494 04.02.19 11:40