5G baza stansiyaları üçün ilk prosessor təqdim olundu » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |     13:43 Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb  |     13:41 Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək  |     13:39 Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA  |     13:37 Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO  |     13:35 Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular  |     13:32 Bakıda mənzildə qadın meyiti aşkarlanıb  |     13:30 Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi  |     13:29 Azərbaycan nefti cüzi bahalaşıb  |     13:26 “Atletik”in əfsanəsi komandanı tərk edir  |     13:26 Məşhur dünya brendi Rusiyanı tərk edir  |     13:25 Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri  |     13:24 İlon Mask yeni “Tesla” fabriklərinin tikintisindən imtina etdi  |     13:24 Almaniyada festivala qatılan 300-ə yaxın insan zəhərlənib  |     13:05 Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA (VİDEO)  |     13:04 Rusiyada məktəbli dəhşətli cinayətdə ittiham olunur  |     13:03 Mingəçevirdə sakinlər binanın zirzəmisinə dolan çirkab sulardan şikayətçidirlər - VİDEO  |     13:02 Lukaşenko hakimiyyətdən nə vaxt gedəcəyinə aydınlıq gətirdi  |     12:45 Fransada məşhur içməli su şirkətinin məhsullarında nəcis bakteriyası aşkar edilib  |    

5G baza stansiyaları üçün ilk prosessor təqdim olundu

"Huawei" şirkəti məxsusi olaraq beşinci nəsil mobil rabitə şəbəkələrinin (5G) baza stansiyaları üçün hazırlanan "Tiangang" adlı dünyanın ilk prosessorunu nümayiş etdirib.

Median.Az
ICTnews-a istinadən bildirir ki, yeni qurğu bütün dünyada "5G" şəbəkəsinin miqyaslı işə salınmasını sadələşdirməyə imkan verəcək yüksək inteqrasiya olunmuş məhsuldur. Çip əvvəlki nəsil prosessorların göstəricilərini 2,5 dəfə üstələyən yüksək hesablama xüsusiyyətləri ilə xarakterizə olunur.

Məlumata görə, ən yeni alqoritmlərdən və şüanın formalaşdırılması texnologiyasından istifadə etməklə bir belə prosessor 64 kanala nəzarət edə bilir. Bundan başqa, həllin 200 MHs takt tezliyində buraxılış zolağını dəstəkləməsinə görə təkcə mövcud deyil, eyni zamanda gələcək şəbəkələr üçün nəzərdə tutulub.

Bildirilir ki, "Tiangang" aktiv antena sistemlərinin kompleks modernləşdirilməsi imkanını təmin edir. Yeni prosessorun tətbiqi sayəsində baza stansiyalarının ölçüsü 50 faiz kompakt, çəkisi isə 23 faiz yüngül olacaq, eləcə də enerji sərfiyyatı 21 faiz azalacaq.

"Huawei" şirkətinin nümayəndələri qeyd edir ki, "5G" baza stansiyalarının quraşdırılması "4G" stansiyaları ilə müqayisədə iki dəfə sürətlənəcək. Bu isə öz növbəsində bir sıra texniki çətinlikləri aradan qaldırmağa və xərcləri azaltmağa imkan verəcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 363 02.02.19 18:06