Bakıda betonqarışdıran maşın xəndəyə düşdü, sürücü öldü » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Bakıda betonqarışdıran maşın xəndəyə düşdü, sürücü öldü

Bakıda tikinti işləri aparılan ərazidə ölüm hadisəsi baş verib.

Median.Az
trend-ə istinadən xəbər verir ki, bu barədə Nəsimi rayon prokurorluğundan bildirilib.

Rayon prokurorluğuna yük avtomobilinin qazıntı işləri davam etdirilən ərazidə xəndəyə düşərək ölməsi barədə daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirib.

Aparılan ilkin araşdırma zamanı müəyyən edilib ki, Bakı şəhəri, Binəqədi rayon sakini 1966-cı il təvəllüdlü Ə.Həşimov idarə etdiyi betonqarışdıran yük avtomobilinin beton gətirdiyi tikinti sahəsində 3,2 metr hündürlükdən xəndəyə aşması nəticəsində ölüb.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (Tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin olunub, istintaq hərəkətləri davam etdirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 097 02.02.19 15:08