Kardiogen şok daha çox miokard infarktının fəsadı kimi qəbul olunur » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:33 Bakıda işçi mühafizə etdiyi idman zalınının kassasını talayıb - VİDEO  |     17:32 Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib - FOTO  |     17:12 Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur  |     17:03 Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - VİDEO  |     16:46 Azərbaycanın xarici dövlət borcu açıqlandı  |     16:42 Azərbaycanda vəzifəli şəxs 3500 manat cərimələndi  |     16:40 Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR  |     16:31 İsrail Livanda "Hizbullah"ın iki komandirini öldürüb  |     16:28 Prezident: “COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq”  |     16:28 Azərbaycanda 51 kiloqram narkotik aşkarlanıb, həbs olunanlar var - FOTO/VİDEO  |     14:23 Ukraynanın yeni səfiri Azərbaycana gəlib  |     14:15 Bakıda əmisini ov tüfəngi ilə öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub  |     13:49 Viktor Orban Ukraynada münaqişənin bitəcəyi vaxtı proqnozlaşdırıb  |     13:37 Azərbaycanda elektron siqaretlər qadağan olunsun - Deputatdan TƏKLİF  |     13:24 Yoldan keçən avtomobillərə “silah” tuşladı, polis hərəkətə keçdi - VİDEO  |     13:22 Bakıda kafedən minlərlə manat oğurlanıb  |     13:21 Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin TƏFƏRRÜATI - YENİLƏNİB  |     13:18 Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO  |     13:15 Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib  |     13:14 Ermənistan KİV: Bağanis istiqamətində müdafiə mövqeyi Azərbaycana təhvil veriləcək  |    

Kardiogen şok daha çox miokard infarktının fəsadı kimi qəbul olunur

Kardiogen şok ürəyin nasos funksiyasının çatışmazlığı nəticəsində yaranan qan dövranının kəskin pozulmasıdır. Kardiogen şok daha çox miokard infarktının fəsadı kimi qəbul olunur. Bununla belə o, nadir hallarda digər səbəblərdən - ürəyin ritminin pozulması, ağciyər və beyin patologiyaları, yəni insult, həmçinin ağciyər emboliyası, travmalar, boğulmalar, zəhərlənmələr zamanı inkişaf edə bilər.

Kardiogen şokun əmələ gəlməsi infarktın ölçüsündən asılıdır. Miokard infarktının ölçüsü nə qədər böyük olarsa, kardiogen şokun əmələgəlmə ehtimalı da bir o qədər çoxalır. Miokard infarktından ölüm hallarına təqribən 20 faiz halda rast gəlmək olur. Kardiogen şokla fəsadlaşan miokard infarktı zamanı xəstənin itirilmə şansı daha böyükdür. Bu ona göstərilən ilkin tibbi yardımın səviyyəsindən asılı olaraq dəyişir. Ev şəraitində göstərilən tibbi yardım zamanı ölüm faizi yüksək olur.

Median.Az bildirir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin I daxili xəstəliklər kafedrasının müdiri, tibb elmləri doktoru, professor Vəsadət Əzizov məlumat verib.

Professor infarktın əlamətlərindən danışaraq bildirib: "Miokard infarktı ürəyi qidalandıran tac damarların trombozu nəticəsində yaranır və döş sümüyünün arxasında və ya ürək nahiyəsində deşici, yandırıcı xarakterli dözülməz ağrılarla müşahidə edilir. Bu vəziyyət kəskin koronar sindrom kimi qiymətləndirilir. Xəstədə ağrı başlayan zaman infarkt olmasına şübhə yaranarsa, mütləq ilk növbədə təcili tibbi yardıma müraciət edilməlidir. Təcili yardım briqadası gələnə qədər xəstənin dilinin altına ağrıkəsici, yəni nitroqliserin qoyulmalı və aspirin verilməlidir. Təcili yardım briqadası xəstənin ürəyinin elektrokardioqramını çəkməlidir. Elektrokardioqram zamanı infarktı təsdiq edən əlamətlər aşkar edildikdə ilkin tibbi yardım göstərilməli və xəstə ixtisaslaşdırılmış tibb müəssisəsinə çatdırılmalıdır. Sonrakı mərhələdə ixtisaslı həkimlər kəskin koronar sindromun konkret formasını dəqiqləşdirməli, göstərişə uyğun olaraq xəstədə invaziv koronar müdaxilə və ya trombolizis aparılması barədə qərar qəbul etməli və onu həyata keçirməlidirlər".

Kafedra müdiri bildirib ki, kardiogen şok üçün iki əsas əlamət xarakterikdir: "Onlardan birincisi qan təzyiqinin kəskin enməsi, yəni hipotenziyadır. Belə ki, sistolik təzyiqin 90, bəzi alimlərə görə 80 millimetr civə sütunundan aşağı olması adətən üzv və toxumalarda qan təchizatının kəskin zəifləməsinə, yəni hipoperfuziyaya səbəb olur. Bu rəqəm bir qədər nisbi xarakter daşıyır. Çünki elə qan təzyiqi aşağı olan insanlar var ki, onlar bu cür aşağı təzyiqə asanlıqla adaptasiya olunurlar. Bu insanlarda sistolik təzyiqin 90 millimetr civə sütunundan qismən aşağı olması hipoperfuziyaya gətirib çıxartmır. Ona görə də bəzi mütəxəssislər haqlı olaraq hipotenziya həddini arterial təzyiqin normal orta arterial təzyiqdən 30 millimetr civə sütunu və daha çox aşağı olması halı kimi dəyərləndirirlər.

Kardiogen şoka səbəb olan ikinci əlamət üzv və toxumaların qan təchizatının kəskin zəifləməsidir. Hipoperfuziya vəziyyəti bir neçə klinik əlamətlərlə müşahidə olunur: psixik statusun pozulması - narahatlıq, həyəcan, huşun qaralması; soyuq tərlə örtülmüş yapışqan dəri; sutkalıq sidik ifrazının azalması. Əksər kardiogen şoklu xəstələrdə nəbzin sürətlənməsi və tənəffüsün sayının artması ilə əlaqədar təngnəfəsliyə də rast gəlinir.

Kardiogen şok zamanı təcili ürək-ağciyər canlandırılması - reanimasiya tədbirləri həyata keçirilməlidir. Bu tədbirlərə ürəyin qapalı masajı və süni tənəffüs aiddir. Reanimasiya tədbirlərindən sonra dərman müalicəsi və ya defibrilyasiya aparılması tələb olunur".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 398 01.02.19 22:20