Buzovnada sevgilisini öldürən şəxs 18 il cəza alıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Buzovnada sevgilisini öldürən şəxs 18 il cəza alıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Ağsu rayon sakini Zəfər Mərdanovun (1991-сi il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, DİN-nin rəsmi məlumatına görə, avqustun 10-da Xəzər rayonunun Buzovna qəsəbəsində, yaşadığı evin qarşısında çoxsaylı bıçaq zərbələri ilə qəsəbə sakini Səkinə Hümbətova qətlə yetirib. Faktla əlaqədar rayon prokurorluğunda cinayət işi başlanılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qətlin əvvəllər məhkum olunmuş Zəfər Mərdanov tərəfindən törədilməsi, onun paytaxt sakini Zülfiyyə Şiriyeva ilə birgə, sonuncuya məxsus “Mitsubishi” markalı avtomobildə hadisə yerindən uzaqlaşmaları, daha sonran nəqliyyat vasitəsini Şağan qəsəbəsi ərazisində atıb, getmələri müəyyən edilib.

Xəzər RPİ-nin əməkdaşları tərəfindən Zəfər Mərdanov saxlanılıb. Yayılan məlumata görə, 1 uşağ anası olan Səkinə Hümbətova tutulan şəxsə ərə getməkdən imtina edib.
Bu səbəbə görə ağır cinayət törədilib.

Qeyd edəki Z.Şiriyeva da saxanılıb, ona CM-nin 307-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə) maddəsi ilə ittiham verilib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 493 01.02.19 18:09