Sumqayıt polisi oğurluq edən şəxsləri saxlayıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Sumqayıt polisi oğurluq edən şəxsləri saxlayıb

Median.Az xəbər verir ki, Sumqayıt ŞPİ-nin 1-ci polis bölməsinə müraciət edən şəhər sakini S.Şamilov, yanvarın 30-na keçən gecə 52-ci məhəllədə “Hyundai” markalı avtomobilindən şüşəni sındırmaq yolu ilə sənəd və bankomat kartlarının oğurlandığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş T.Cabbarov saxlanılıb. Araşdırma zamanı onun, yanvarın 27-də “Opel” markalı avtomlobildən monitor və videoqeydiyyat qurğusu, həmçinin 1 evdən 100 metr elektrik naqili oğurlaması müəyyən edilib.

Bundan əlavə, Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən şəhər sakini M.Balaqardaşovun velosipedini oğurlayan Bakı şəhər sakini X.Əkbərov saxlanılıb. Araşdırma zamanı, onun 3 evdən pul, su sayğacı və inşaat materialları oğurlaması məıum olub.

Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən şəhər sakini Ə.Hüseynovun “Hyundai” markalı avtomobilinin təkər qapağını oğurlamaqda şəhər
sakini, əvvəllər məhkum olunmuş B.Əbilov saxlanılıb. Araşdırma zamanı onun, 12-ci mikrorayon ərazisində yerləşən xeyir-şər evindən və 1 evdən məişət əşyaları oğurlaması müəyyən edilib.

Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ceyranbatan qəsəbəsindəki evlərin birindən elektrik naqilləri oğurlayan şəhər sakini R.Hüseynov saxlanılıb. Araşdırma zamanı onun, yanvarın 2-dən 11-dək olan müddətdə şəhər ərazisində “VAZ-2106” markalı avtomobildən, 1 evdən və 2 sexdən sənədlər, məişət əşyaları və təmir-tikinti alətləri oğurlaması məlum olub.

Sumqayıt ŞPİ 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 7-də şəhər ərazisindəki evdən 400 manat oğurlayan Qubadlı rayon sakini E.Məmmədov saxlanılıb.

Sumqayıt ŞPİ 4-cü polis bölməsi əməkdaşları aptekdən 305 manat oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş C.Bayramovu saxlayıblar.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə istintaq aparılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 815 01.02.19 17:34