Makqreqor və Nurməhəmmədovun ikinci döyüşünün şərtləri açıqlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:39 20 min manat borca görə qəssab həbs edildi  |     15:24 Azərbaycan-Fransız Universiteti bağlanır? - AÇIQLAMA  |     15:14 Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ AÇIQLAMA  |     14:57 Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar  |     14:54 Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB (RƏSMİ AÇIQLAMA)  |     13:56 Milli Məclis Hesablama Palatasının hesabatını qəbul edib  |     13:36 Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT - FOTO  |     13:34 BDU-nun tələbəsi intihar etdi  |     13:23 Məhkəmə qardaşının həyətinə qumbara atan şəxslə bağlı qərar çıxardı  |     13:08 Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb  |     12:49 Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıblar  |     12:44 Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var  |     12:36 Dünyanın ilk “ChatGPT”li qulaqlığı: Xarici dildəki nitqi sinxron tərcümə edəcək - VİDEO  |     12:21 Övladını xilas etmək istəyərkən Kürdə batan Zərdab sakininin meyiti tapılıb - FOTO  |     12:19 Çinli hakerlər “iPhone” istifadəçilərinə genişmiqyaslı kiberhücum həyata keçiriblər  |     12:18 Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı  |     12:17 “Google”da əməkdaşlar ixtisar edilirlər  |     12:01 Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR - VİDEO  |     11:57 Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO  |     11:56 Bakıda yaşlı kişi oğlu tərəfindən vəhşicəsinə döyüldü  |    

Makqreqor və Nurməhəmmədovun ikinci döyüşünün şərtləri açıqlandı

UFC rəhbəri Deyn Uayt rusiyalı Həbib Nurməhəmmədovla irlandiyalı Konor Makqreqor arasındakı mümkün döyüşün şərtlərini açıqlayıb.

D.Uayt bu barədə EPSN televiziya kanalının efirində açıqlama verib.

Onun fikrincə, hər iki idmançı əvvəlcə oktaqonda digər rəqiblərlə qarşılaşmalıdırlar. O, K.Makqreqora uyğun gələn rəqib olaraq amerikalı Donald Serroneni görür. 30 yaşlı H.Nurməhəmmədov isə oktaqona amerikalı Toni Ferqyusonla çıxmalıdır.

“Bu iki döyüşdən sonra Makqreroqla Nurməhəmmədov arasında revanş döyüşü keçirmək olar”, - deyə D.Uayt bəyan edib.

Yanvarın 29-da UFC 229-da baş verən insidentlə bağlı Nevada ştatının Atletik komissiyasının qərarı məlum olub. H.Nurməhəmmədov doqquz aylıq diskvalifikasiya olunub və 500 min dollar məbləğində cərimə ödəməlidir. K.Makqreqor isə altı aylıq kənarlaşdırılıb və 50 min dollar məbləğdə cərimələnib.

35 yaşlı D.Serrone K.Makqreqorla döyüşməkdə maraqlı olduğunu artıq açıqlayıb. Döyüşçülər sosial şəbəkələrdə mesajlaşıblar. T.Ferqyusonu isə dəfələrlə H.Nurməhəmmədovun potensial rəqibi kimi göstəriblər.

Qeyd edək ki, 2018-ci ilin oktyabrın 7-də H.Nurməhəmmədov UFC-nın yüngül çəki üzrə çempionu adı uğrunda döyüşdə K.Makqreqora qalib gəlib. Rusiyalı idmançı döyüşdən sonra oktaqonun səddini aşaraq irlandiyalının məşqçisi Dillon Denisə hücum edib. Oktaqonun daxilində isə K.Makqreqor və H.Nurməhəmmədovun köməkçiləri arasında qarşıdurma yaşanıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 307 01.02.19 15:10