200 manatlıq əskinasların dövriyyədə olan həcmi açıqlanıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

200 manatlıq əskinasların dövriyyədə olan həcmi açıqlanıb

Azərbaycanda dövriyyədə olan 200 manatlıq əskinaslar pul dövriyyəsinin ancaq 5%-ni təşkil edir.

Hazırda dövriyyədə 400 milyon manat həcmində 200 manatlıq əskinaslar var.

Ümumiyyətlə, dövriyyədə 200 manatlıqların az olmasının bir neçə səbəbi var.

Mərkəzi Bank sədri Elman Rüstəmovun sözlərinə görə, bunlardan biri odur ki, bu əskinas bankomat sistemində əmək haqlarının ödənilməsi üçün istifadə olunmur.

Eyni zamanda nağd pul dövriyyəsi ilə qeyri-nağd pul dövriyyəsi arasında əlaqə çox zəifdir, yəni pul təzələnmir. Bank sektorundan 200 manatlıqlara sifarişlər gəlmir.

“Bank sektorundan sifariş gəlmirsə, deməli iqtisadiyyatdan gəlmir. Ən böyük məsələ də budur ki, niyə gəlmir? Hesab edirəm ki, iqtisadiyyatın buna tələbatı var. Xüsusilə də nağd iqtisadiyyatdakı pul başlıca olaraq ödəniş funksiyasını yerinə yetirir. Ödəniş funksiyalarında isə daha iri nominallar tələb olunur, amma niyə bu tələb yoxdur haqqında bizim versiyalarımız var. Burada dramatik bir faciə yoxdur, amma daha çox iqtisadi səbəblər var. Bu, kölgə iqtisadiyyatı ilə əlaqədardır”.

Daha sadə dillə ifadə etsək, dövriyyədə nağd pulun istifadə edilməsi obyektiv olaraq məhdudlaşdırıldı. Kölgə iqtisadiyyatı isə əlindəki nağd pulu dövriyyəyə çıxartmır, əgər çıxartsaydı bu zaman 200 manatlıqlara ciddi tələbat yaranardı.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 169 01.02.19 15:08