Azərbaycan üzgüçüsü Lüksemburqda iki gümüş medal qazanıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Azərbaycan üzgüçüsü Lüksemburqda iki gümüş medal qazanıb

Azərbaycan üzgüçüsü Maksim Şemberyev Lüksemburqda keçirilən Avropa Üzgüçülük Federasiyası (LEN) Kubokunun növbəti mərhələ yarışlarında iki gümüş medal qazanıb.

Azərbaycan Üzgüçülük Federasiyasından verilən məlumata görə, Şemberyev 400 metr məsafədə qarışıq üsülda üzmə üzrə 4,23 nəticə ilə ikinci yeri tutub. O, 1500 metr məsafədə 15,38 nəticə ilə gümüş medal əldə edib.

Azərbaycanın üzgüçülük üzrə milli komandasının baş məşqçisi Rəşad Əbdürəhmanov bu nəticəni qənaətbəxş hesab etdiyini söyləyib: “Maksim Şemberyevin qatıldığı 21-ci “Euro Meet” turniri 12-28 iyul 2019-cu ildə Cənubi Koreyanın Kvandju şəhərində keçiriləcək dünya çempionatına hazırlıq xarakteri daşıyır. Bu il ilk mötəbər yarış olduğundan Maksimin tam gücü ilə çıxış etməməsi normal bir haldır. Bu, bizim uzun müddətdir böyük yüklə çalışmalarımızın nəticəsini müəyyənləşdirmək üçün vacib yarışma idi. Maksim onun qarşısında qoyulan öhdəlikləri yerinə yetirir. Ümidvaram ki, dünya çempionatında Azərbaycanı layiqincə təmsil edəcək”.//ölkə.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 268 30.01.19 21:22