Klublarımızın transferlərə xərclədiyi məbləğ açıqlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Klublarımızın transferlərə xərclədiyi məbləğ açıqlandı

Azərbaycanın futbol klubları 2018-ci ildə transferlərə 2,1 milyon dollar xərcləyib.

“Report” xəbər verir ki, bu barədə FIFA-nın hesabatında bildirilir.

Azərbaycan bu göstərici ilə dünyada 47-ci yerdədir. Siyahıya 1 milyard 981,3 milyon dollarla (ötən illə müqayisədə 20,5% artım) İngiltərə başçılıq edir. İspaniya 1 milyard 352.5 milyon dollarla (85,2% artım) ikinci, İtaliya isə 848.9 milyon dollarla (29.8% artım) üçüncü pillədə qərarlaşıb.

Azərbaycan klublarının transfer gəlirləri isə 1.4 milyon dollar təşkil edib. Ölkə bu göstəricidə 73-cü sıradadır. Gəlirə görə isə ilk sırada 936.3 milyon dollarla Fransa (45.4% artım), ikinci yerdə 935.2 milyon dollarla İngiltərə (42.7% artım), üçüncü yerdə isə 908 milyon dollarla İspaniya (8% artım) qərarlaşıb.

Qeyd edək ki, ötən illə müqayisədə Azərbaycan təmsilçilərinin ümumi transfer xərcləri 61,6% azalıb, gəlirləri isə 95.7% artıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 239 30.01.19 20:40