Kreml: Rusiya və Ukrayna arasında heç bir müharibə yoxdur » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |     18:50 Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir  |     18:19 Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO  |     17:53 Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir  |    

Kreml: Rusiya və Ukrayna arasında heç bir müharibə yoxdur

Rusiya və Ukrayna arasında heç bir müharibə yoxdur, yalnız Kiyevin təxribatları var.

Median.Az
xəbər verir ki, bu sözləri RF prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna lideri Pyotr Poroşenkonun bəyanatını şərh edərkən bildirib.

Xatırladaq ki, Poroşenko bir müddət əvvəl verdiyi bəyanatda ukraynalıların müharibədən cana gəldiyini və Ukrayna ilə Rusiya arasında soyuq müharibəyə ehtiyac olduğunu bildirmişdi.

“Birincisi, Rusiya və Ukrayna arasında heç bir müharibə yoxdur. Ukraynada vətəndaş müharibəsi var, Ukraynada Kiyevdəki hakimiyyətin təhriki ilə baş verən hadisələr var”, - deyə Peskov jurnalistlərə verdiyi açıqlamada qeyd edib.

Peskov təmas xəttində bir sıra təxribatların və Kiyevdə güc yolu ilə həyata keçirilən hakimiyyət dəyişikliyinin fəsadı olaraq baş verən bir sıra hadisələr müşahidə olunduğunu əlavə edib.

“Ona görə Rusiya və Ukrayna arasında heç bir müharibə yoxdur, iki qonşu ölkə, iki qardaş xalq var. Ancaq əlbəttə ki, biz bayaq qeyd etdiyim hallara müsbət qiymət verə bilmərik”, - deyə Peskov vurğulayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 065 30.01.19 16:48