Bakıda faciə — Gözəlik salonundan toya gedən gəlin yolda öldü » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Bakıda faciə — Gözəlik salonundan toya gedən gəlin yolda öldü

Toy günü gəlinin ölümünə səbəb olan sürücü azadlığa çıxmaq üçün məhkəməyə müraciət edib.

Median.Az
ölkə.az-a istinadən xəbər verir ki, cinayət məcəlləsinin 263-1.3-cü maddəsi ilə məhkum olunan Yusibov Teymur Rəsul oğlunun məhkəmə prosesi Nərimanov rayon Məhkəməsinin hakimi Vüqar Quliyevin sədrliyi ilə keçiriləcək.

İttiham aktılna görə, yol-nəqliyyat hadisəsi 2015-ci il iyun ayında baş verib. Zirə qəsəbəsində 29 yaşlı Sail Bədərlinin idarə etdiyi "Hyundai” markalı avtomobil Teymur Yusifovun idarə etdiyi "VAZ” markalı maşınla toqquşub. Qəza zamanı zərbənin təsirində "Hyundai" markalı maşın aşıb.

Nəticədə avtomobildə olan sürücü və onun həyat yoldaşı 1993-cü il təvəllüdlü Rüfanə Bədərli ağır yaralanıb. Maşında gəlin paltarında olan 1990-cı il təvəllüdlü Vəsilə Qasım qızı Qurbanova hadisə yerində dünyasını dəyişib.

Araşdırmalar zamanı məlum olub ki, Vəsilə Qurbanovanın toyu olmalı idi. O, səhər gözəllik salonuna gedib və bəzənib. Bəy qohumunu və onun həyat yoldaşını gəlini gözəllik salonundan gətirmək üçün göndərib. Qəza onlar salondan qayıdarkən baş verib.

Onu da qeyd edək ki, Teymur Yusifov hadisə zamanı avtomobili sərxoş vəziyyətdə idarə edib.

Bakə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Teymur Yusifov 6 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            5 661 29.01.19 13:09