Orqanizmi xərçəngdən qorumağın yolu tapıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:02 Tramp: İran razılaşmadan imtina etsə, ABŞ neft ixracını sıfıra endirəcək  |     22:46 Məcnun Məmmədov koronavirusa yoluxub  |     22:38 Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib  |     22:30 Ramaldan danışıb ağladı - VİDEO  |     22:23 Azərbaycanın Su-25 təyyarələrinin qatıldığı “Anadolu Ankası-2025” beynəlxalq təlimi başlayıb - YENİLƏNİB  |     22:15 ANAMA-nın vəzifəli şəxsi bu səbəbdən işdən çıxarıldı  |     22:07 Rusiyalı idmançının Azərbaycan yığmasına keçidi baş tutmadı  |     22:00 Piknikə gedəndə bu rəng paltarlar geyinməyin - Gənə yapışacaq  |     21:52 Bu şəxslərə mənzil veriləcək  |     21:49 Sumqayıtda iki qohum tanımadıqları şəxs tərəfindən bıçaqlanıb - YENİLƏNİB  |     21:45 Döyülərək öldürülən Elgünün atası DANIŞDI - VİDEO  |     21:38 Azərbaycanda bu veriliş Ginnesin Rekordlar Kitabına düşdü  |     21:30 Daşkəsənə dolu yağıb  |     21:18 10 əlamət hormonal balanssızlığı göstərə bilər  |     20:57 Bakıda 128 yaşlı tarixi bina sökülüb?  |     20:41 Gəncədə öldürülən məktəbli imtahanlardan yüksək nəticə göstəribmiş  |     20:24 Bakıya gələn qatar qoyun sürüsünə çırpıldı - 37 heyvan tələf oldu  |     20:19 Bu ilin I rübündə yanğında həlak olanların sayı açıqlandı  |     20:10 Lerikdə vəzifə saxtakarlığı: Kommunal Birliyin rəisi cəzalandıldı  |     19:59 Bu ölkələri seçməklə xaricdə ödənişsiz təhsil ala bilərsiniz - SİYAHI  |    

Orqanizmi xərçəngdən qorumağın yolu tapıldı

Beynəlxalq alimlər qrupu xərçəng şişlərinə qarşı mübarizə zamanı “taqətdən düşən” T-hüceyrələrin təkrar aktivləşdirilməsi yolunu tapıb.

Median.Az
xəbər verir ki, bu barədə “MedicalXpress” nəşrində məlumat dərc olunub.

Məlum olduğu kimi, immun sisteminin xərçənglə mübarizənin öhdəsindən gələ bilməməsinin əsas səbəblərindən biri limfositlərin bədxassəli şişlərə hücumu zamanı enerjisini itirməsidir.

Bu ona görə baş verir ki, törəmələr qlükozanı daha effektiv şəkildə canına çəkir və beləcə, T-hüceyrələri qida mənbəyindən məhrum edir. İmmunitet bir müddət şişlə mübarizə aparsa da, sonradan onun inkişafına əngəl yarada bilmir.

Tədqiqatçılar müəyyən edib ki, limfositlərin taqətdən düşməsinə təsir göstərən əsas səbəb onda “enolaza 1” fermentinin miqdarının (həmin ferment qlükozanın oksidləşməsində mühüm rol oynayıb) aşağı düşməsidir.

Nəticədə, oksidləşdirici fosforlama templəri azalır. Qeyd olunan proses enerjinin ATF molekulu şəklində saxlanılmasına yol açır.

Bundan qaçmaq üçün alimlər hüceyrələri qlükozanın son məhsulu sayılan piruvatları boğmağa vadar edib. Bu, limfositlərin enerji qəbulunun çoxalmasına və beləcə, immun sisteminin xərçənglə mübarizədə aktivləşməsinə səbəb olub.

Əldə olunmuş nəticənin əsasında tədqiqatçılar nəzarət nöqtələrinin inhibitorlarından (immunitetin mübarizədə blokanmasının qarşısını alan maddələr) ibarət pereparat hazırlayıb.

Sınaq heyvanları üzərində aparılan təcrübədə şişli ocaqların inkişafının ləngiməsi və limfositlərin aktivləşməsi müşahidə olunub. Gələcəkdə insanlar üzərində klinik sınaqların aparılacağı istisna edilmir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 979 29.01.19 11:39