“Üzümü yoldaşıma tutub deyirəm ki, qorxma” - Narkotikə görə cinayət törədən ər və arvad - VİDEO - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:02 Tramp: İran razılaşmadan imtina etsə, ABŞ neft ixracını sıfıra endirəcək  |     22:46 Məcnun Məmmədov koronavirusa yoluxub  |     22:38 Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib  |     22:30 Ramaldan danışıb ağladı - VİDEO  |     22:23 Azərbaycanın Su-25 təyyarələrinin qatıldığı “Anadolu Ankası-2025” beynəlxalq təlimi başlayıb - YENİLƏNİB  |     22:15 ANAMA-nın vəzifəli şəxsi bu səbəbdən işdən çıxarıldı  |     22:07 Rusiyalı idmançının Azərbaycan yığmasına keçidi baş tutmadı  |     22:00 Piknikə gedəndə bu rəng paltarlar geyinməyin - Gənə yapışacaq  |     21:52 Bu şəxslərə mənzil veriləcək  |     21:49 Sumqayıtda iki qohum tanımadıqları şəxs tərəfindən bıçaqlanıb - YENİLƏNİB  |     21:45 Döyülərək öldürülən Elgünün atası DANIŞDI - VİDEO  |     21:38 Azərbaycanda bu veriliş Ginnesin Rekordlar Kitabına düşdü  |     21:30 Daşkəsənə dolu yağıb  |     21:18 10 əlamət hormonal balanssızlığı göstərə bilər  |     20:57 Bakıda 128 yaşlı tarixi bina sökülüb?  |     20:41 Gəncədə öldürülən məktəbli imtahanlardan yüksək nəticə göstəribmiş  |     20:24 Bakıya gələn qatar qoyun sürüsünə çırpıldı - 37 heyvan tələf oldu  |     20:19 Bu ilin I rübündə yanğında həlak olanların sayı açıqlandı  |     20:10 Lerikdə vəzifə saxtakarlığı: Kommunal Birliyin rəisi cəzalandıldı  |     19:59 Bu ölkələri seçməklə xaricdə ödənişsiz təhsil ala bilərsiniz - SİYAHI  |    

“Üzümü yoldaşıma tutub deyirəm ki, qorxma” - Narkotikə görə cinayət törədən ər və arvad - VİDEO - FOTO

Median.az xəbər verir ki, ARB TV-nin "Rezonans" proqramında budəfə məhbus ər və arvadın həyatından bəhs edilib.

Natiq İsmayılov - Məhkum (Cəzası: 9 il): "Tutulmağıma səbəb narkotikə pul çatırmamaqdır. Gedib soyğunçuluq etdim. Hadisə şəhərin müəyyən yerlərində olub. Şəxsiyyət vəsiqəsi var idi. Yerdən tapmışdıq. Yoldaşıma oxşayırdı. Həyat yoldaşımı aparmışdım telefon satmağa. Orada tutdular bizi. Özüm tərbiyəli ailədə böyümüşəm. Anam 30 il müəllim işləyib. Valideynlərim rəhmətə gedəndən sonra narkotikə başlamışam. Üzümü yoldaşıma tutub deyirəm ki, danış. Heç kimdən qorxma. 13 ildir ki, bir yerdəyik. Ömür boyu ağlıma gəlməz ki, o məni atar. Olsa belə onu unuda bilmərəm. Gedib cinayət edəndən sonra dedim ki, gedək sataq. Dedi ki, mənim vəsiqəm deyil, necə sataq? Məcbur onu aparanda bizi tutdular. 5 ildir ki, qardaşımdan başqa heç kim yanıma gəlməyib".

Elmira İsmayılova - Məhkum (Cəzası: 7 il): "Ailədə 9 uşaq olmuşuq. 1 doğma qardaşım var. 12 ildir ki, görmürəm. Anam rəhmətə gedəndən sonra nənəmgildə qaldım. Bir müddət də Dağıstanda xalamgildə qaldım. Bakıya qayıdanda Natiqlə tanış oldum. Hər gün onu fikirləşirəm. Sevgim ona qarşı necə var idisə, indi də elədir. Zəng gəldi ki, telefonu satmaq lazımdır. Şəxsiyyət vəsiqəsindəki qadına da oxşayırdım. Məcbur olub getdim satmağa. Həmin gün də tutulduq. Qınayıram, amma nə dəyişəcək ki? Onlar da mənim kimi 4 divar içindədilər. Elədiyim işə görə çox peşmanam".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 641 28.01.19 22:11