Şamaxı sakinindən qeyri-adi ixtira - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Naxçıvanda göldə boğulan tələbələrin yaxınları hadisənin təfərrüatlarını DANIŞDI - VİDEO  |     22:48 "Microsoft" patent pozuntusuna görə 242 milyon dollar ödəyəcək  |     22:42 İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb  |     22:37 Berlin məcburi hərbi xidməti bərpa edir?  |     22:33 DİN-dən xəbərdarlıq: Sosial şəbəkələrdə diqqətli olun!  |     22:25 Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı  |     22:19 Belqorod atəşə tutulub, ölən və yaralananlar var  |     22:12 Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib  |     22:07 Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 300-ü keçib  |     21:59 Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb  |     21:52 Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək  |     21:46 Alimlər müəyyən ediblər ki, bitki tozcuqları havanı dəyişə bilir  |     21:41 KİV: ABŞ İsrailə hərbi yardım göndərməkdə davam edir  |     21:35 “Xarıbülbül” festivalından maraqlı anlar - Video  |     21:26 “Turan Tovuz” “Araz-Naxçıvan”a qalib gəldi  |     21:20 Bakının mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq  |     21:13 Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq  |     21:06 Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib  |     20:53 Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib  |     20:36 Lənkəranda yenidən yeraltı təkanlar qeydə alınıb  |    

Şamaxı sakinindən qeyri-adi ixtira - VİDEO

Havaların soyuq olduğu bir zamanda Şamaxı sakinin ixtirası çoxlarını sevindirib. Belə ki, Rəşad Şeydayev yanacağa 80 faiz qənaət edən soba hazırlayıb.

Median.az
ARB TV-yə istinadən xəbər verir ki, Şamaxının Dəmirçi kənd sakini Rəşad Şeydayev öz ixtirası ilə diqqət mərkəzinə düşüb. Belə ki, o yanacağa qənaət edən soba hazırlayıb. Bu sobanı digərlərindən fərqləndirən bir sıra özəlliklər var.

Soba həm odunla, həm də mavi yanacağla qızdırılır. Ustanın sözlərinə görə yanacağa 80 faiz qənaət edən bu soba, həmdə tam təhlükəsizdir.

Qızdırıcı vasitənin kənarlarına yerləşdirilən xüsusi detallar onun qaz və odun sərfiyyatını ciddi şəkildə azaldır. Sobanın üst mərtəbəsində isə müxtəlif yeməklər bişirmək mümkündür.

Evə daxil olan soyuq su sobaya yerlədirilmiş xüsusi borudan keçərək isidilir və evə bərabər şəkildə paylanılır. Bununla da bütün otaqlar qısa zaman ərzində eyni dərəcədə qızır.

Qeyd edək ki, usta bu vaxta qədər 100-dən çox soba hazırlayıb. 3 günə hazırlanan sobanın qiyməti ölçüsünə görə dəyişir. 250-350 manat aralığında satışa çıxarılan soba indidən özünə müştəri toplamağı da bacarıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 768 28.01.19 21:44