Konstitusiya Məhkəməsi Ali Məhkəmənin daha bir qərarını ləğv etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:02 Tramp: İran razılaşmadan imtina etsə, ABŞ neft ixracını sıfıra endirəcək  |     22:46 Məcnun Məmmədov koronavirusa yoluxub  |     22:38 Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib  |     22:30 Ramaldan danışıb ağladı - VİDEO  |     22:23 Azərbaycanın Su-25 təyyarələrinin qatıldığı “Anadolu Ankası-2025” beynəlxalq təlimi başlayıb - YENİLƏNİB  |     22:15 ANAMA-nın vəzifəli şəxsi bu səbəbdən işdən çıxarıldı  |     22:07 Rusiyalı idmançının Azərbaycan yığmasına keçidi baş tutmadı  |     22:00 Piknikə gedəndə bu rəng paltarlar geyinməyin - Gənə yapışacaq  |     21:52 Bu şəxslərə mənzil veriləcək  |     21:49 Sumqayıtda iki qohum tanımadıqları şəxs tərəfindən bıçaqlanıb - YENİLƏNİB  |     21:45 Döyülərək öldürülən Elgünün atası DANIŞDI - VİDEO  |     21:38 Azərbaycanda bu veriliş Ginnesin Rekordlar Kitabına düşdü  |     21:30 Daşkəsənə dolu yağıb  |     21:18 10 əlamət hormonal balanssızlığı göstərə bilər  |     20:57 Bakıda 128 yaşlı tarixi bina sökülüb?  |     20:41 Gəncədə öldürülən məktəbli imtahanlardan yüksək nəticə göstəribmiş  |     20:24 Bakıya gələn qatar qoyun sürüsünə çırpıldı - 37 heyvan tələf oldu  |     20:19 Bu ilin I rübündə yanğında həlak olanların sayı açıqlandı  |     20:10 Lerikdə vəzifə saxtakarlığı: Kommunal Birliyin rəisi cəzalandıldı  |     19:59 Bu ölkələri seçməklə xaricdə ödənişsiz təhsil ala bilərsiniz - SİYAHI  |    

Konstitusiya Məhkəməsi Ali Məhkəmənin daha bir qərarını ləğv etdi

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun konstitusiya məhkəmə icraatı qaydasında növbəti açıq məhkəmə iclası keçirilib.

Median.az
AZƏRTAC-a istinadən xəbər verir ki, iclasda Z.İsmixanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2017-ci il 22 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim C.Qaracayevin məruzəsini, ərizəçinin nümayəndəsinin, mütəxəssislərin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərara alınıb ki, Zərri İsmixanovanın Rəhman Ələkbərova qarşı bağ evinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək çıxarışın ləğv olunması və əvvəlki qeydiyyatın bərpası tələbi barədə mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2017-ci il 22 fevral tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı, 418.1-418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 631 28.01.19 20:07