“11 yaşımda metrolarda alver edirdim” - Zamiq » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

“11 yaşımda metrolarda alver edirdim” - Zamiq

Müğənni Zamiq Hüseynov MTV-ə yayımlanan "3 canlı" proqramına qonaq olub.

Median.az
"qafqazinfo"ya istinadən xəbər verir ki, o, verilişin xüsusi buraxılışında aparıcı Rəhim Rəhimlinin suallarını cavablandırıb. O, efirdə ikinci dəfə ailə qurması barədə yayılan xəbərlərə bir daha aydınlıq gətirib:

"O zamanlar üstümə çox düşdülər, dedim ki, toy olacaq. Toy mənim üçün xoşbəxtlik deyil. Mənim bir dəfə toyum olub. O anlar təmiz ağlımdan silinib. Özümə bunu "yox" deyə bilirəm. Bu gün güclü olmağımın səbəbi ötən illərimdir. İnsanın xoşbəxtliyi öz əlindədir. Nə xoşdursa, onu yaşayıram. Hər bir insan istəyər ki, qurduğu həyat xoşbəxtlik gətirsin. Bu da bir qismətdir. Həyatdır, yazılır, biz də yaşayırıq".

Bundan əlavə, Zamiq canlı efirdə bildirib ki, onun həyatından kitab yazmaq istəyirlər: "Yaxın dostlarıma belə yaşadıqlarımı danışmağı sevmirəm. Bir-iki dəfə şair, yazar dostlarımıza danışmışam. Onlar həyatımdan kitab yazmaq istəyirdilər. İnsanlar şərh yazandan sonra həyatım barədə danışmağa başlamışam. Mənim 10 il əvvəl yaşayışımı görsəydiz, indi öz halınıza şükür edərdiz. Mən keçmiş illərimi fəxrlə danışıram. 11-12 yaşımda metrolarda alver edirdim. 16 yaşımdan sonra isə toylara getməyə başladım. Bütün xırdalıqları danışmaq istəmirəm".

Sənətçi həmçinin proqramda atasının telefon işlətmədiyini vurğulayıb: "Atamın mobil telefonu yoxdur. Istəmir. O, təbiəti sevir, ağac əkir, bəhrəsini görür. İndi valideynlərim bağda qalır, şəhərə gələndə sıxılır, rahat olmur".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 339 28.01.19 19:55