19:24 Lənkəran və Zaqatala hərbi prokuroru vəzifələrinə təyinat olub  |     19:20 Gəncədə "Sağlam Məhəllə" açılacaq  |     19:11 ÜST: “Son 1 ayda koronavirusa yoluxma halları kəskin azalıb”  |     19:03 Ərdoğan Fəxrəddin Altunu vəzifəsində saxlayıb  |     18:59 Xersonda suyun səviyyəsi düşür  |     18:56 Urmiyada 3 nəfər edam edilib  |     18:52 ABŞ-nin Ukrayna üçün göndərdiyi mərmilər Polşada oğurlanıb  |     18:40 Rəşad Dağlı məhkəmədə ifadə verib  |     18:29 Ramiz Mehdiyevin xanımının şirkəti yenidən məhkəmə qarşısında  |     18:18 Azərbaycanda bu şəxslərin maaşları 15% artırıldı  |     18:17 Lənkəranda quş kəsimi müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb  |     18:14 Yanğın, su və ağır metallar - VİDEO  |     17:55 Ağcabədi xəstəxanasının şöbə müdirlərinə xəstə ölümünə görə cinayət işi açılıb  |     17:45 BQXK əməkdaşları Qarabağın 15 erməni sakinini Ermənistandakı tibb mərkəzlərinə aparıblar  |     17:18 Rubl və lirə ucuzlaşdı - Manatı nə gözləyir?  |     17:16 Diləndirilən dörd yaşlı qız barədə ürəkağrıdan TƏFƏRRÜAT: İki qardaşının ömrünə narkotik son qoyub  |     17:13 Mayda 33 özəl tibb müəssisəsində nöqsanlar aşkarlanıb  |     16:54 Orxan Fikrətoğlu yüksək vəzifəyə təyin edildi  |     16:51 Əhaliyə xəbərdarlıq - Leysan olacaq, dolu düşəcək, çaylardan sel keçəcək  |     16:42 Naxçıvanda reseptsiz antibiotik satışına qadağa qoyulur  |    
Soğanın qiyməti iki dəfə bahalaşıb - VİDEO
Türkiyədə soğanın qiymətinin fantastik dərəcədə bahalaşması Azərbaycan bazarına da təsirsiz ötüşməyib.

Xezerxeber.az-ın məlumatına görə, son 15 gündə soğanın qiymətində 2 dəfəyədək bahalaşma müşahidə edilir. Soğan satışı ilə məşğul olanlar məhsulun bahalaşmasını Türkiyəyə ixracın artması və nəticədə yerli bazarda soğana tələbin çoxalması ilə izah edirlər.

Türkiyədə soğanın qiyməti sürətlə artaraq bir kiloqramı bəzi satış yerlərində 6 lirəni, yəni Azərbaycan valyutası ilə 2 manatı ötüb. Bu isə Azərbaycanda soğan istehsalçıları üçün yeni və əlverişli şərait yaradıb. Amma Türkiyəyə soğan ixrac edilməsi Azərbaycanın daxili bazarında da bu məhsulun bahalaşmasına səbəb olub.

Bazar satıcılarının dediklərindən belə nəticəyə gəlirik ki, ölkədə istehsal olunan soğan daxili tələbatı ödəməyə ancaq çatır. Belə bir halda bu məhsulun xaricə ixrac olunması daxili bazarda bu məhsula tələbatı artdırdığından qiymətlər sürətlə bahalaşıb.

Məsələ ilə bağlı Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev "Xəzər Xəbər"ə bildirib ki, son bir ayda Türkiyəyə Azərbaycandan soğan ixracı həyata keçirilir. Və ixrac həcmi getdikcə artır. Onun sözlərinə görə, Azərbaycandan Türkiyəyə daha çox "qavrış", Rusiya və Hollandiyanın "beyo" sortu olan soğanlar aparılır. Soğanın ixrac qiyməti isə 38-40 qəpikdən hesablanır. Azərbaycandan Türkiyəyə aparılan soğanın həcminə gəldikdə isə, bu, gələn ayın 1-ci yarısında bəlli olacaq.

Onu da qeyd edək ki, bir neçə gün öncə Qida Təhlükəsizliyi Agentliyi soğan ixrac edən sahibkarlara müraciət ünvanlayıb. Qeyd olunub ki, Türkiyənin Kənd Təsərrüfatı Nazirliyinə bu ölkəyə xaricdən soğan daxil olmasını məhdudlaşdırma çərçivəsində Azərbaycandan ixrac edilən soğanın "zərərli risk analizi"nin aparılması barədə məlumat daxil olub.

Məlumat daxil olduqdan sonra Azərbaycanda becərilən soğanın risk təhlili aparılıb və uyğun şərtlər daxilində Türkiyəyə soğanın ixracına icazə verilib. Ölkəmizdən bu ölkəyə aparılması nəzərdə tutulan kartofda gövdə nematodu və soğanın ağ çürüməsi zərərli orqanizmlərin olmamasına xüsusi diqqət yetirilir. Sahibkarların da bu məqamı nəzərə almaları xahiş olunub.


Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:скачать dle 11.3



Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 404 28.01.19 13:19