19:42 Qubada 45 yaşlı kişi intihar edib  |     19:36 Danilov: Getdikcə daha çox ölkədə Rusiya agenturası zərərsizləşdirilir  |     19:31 KİV: Blinken gələn həftə Pekinə səfər etməyi planlaşdırır  |     19:24 Lənkəran və Zaqatala hərbi prokuroru vəzifələrinə təyinat olub  |     19:20 Gəncədə "Sağlam Məhəllə" açılacaq  |     19:11 ÜST: “Son 1 ayda koronavirusa yoluxma halları kəskin azalıb”  |     19:03 Ərdoğan Fəxrəddin Altunu vəzifəsində saxlayıb  |     18:59 Xersonda suyun səviyyəsi düşür  |     18:56 Urmiyada 3 nəfər edam edilib  |     18:52 ABŞ-nin Ukrayna üçün göndərdiyi mərmilər Polşada oğurlanıb  |     18:40 Rəşad Dağlı məhkəmədə ifadə verib  |     18:29 Ramiz Mehdiyevin xanımının şirkəti yenidən məhkəmə qarşısında  |     18:18 Azərbaycanda bu şəxslərin maaşları 15% artırıldı  |     18:17 Lənkəranda quş kəsimi müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb  |     18:14 Yanğın, su və ağır metallar - VİDEO  |     17:55 Ağcabədi xəstəxanasının şöbə müdirlərinə xəstə ölümünə görə cinayət işi açılıb  |     17:45 BQXK əməkdaşları Qarabağın 15 erməni sakinini Ermənistandakı tibb mərkəzlərinə aparıblar  |     17:18 Rubl və lirə ucuzlaşdı - Manatı nə gözləyir?  |     17:16 Diləndirilən dörd yaşlı qız barədə ürəkağrıdan TƏFƏRRÜAT: İki qardaşının ömrünə narkotik son qoyub  |     17:13 Mayda 33 özəl tibb müəssisəsində nöqsanlar aşkarlanıb  |    
Bu şəxslər dövlət hesabına müalicə ediləcək - QƏRAR
Nazirlər Kabineti “Peşə təhsili müəssisələrində əlavə müayinə və müalicəyə ehtiyacı olan şəxslərə əlavə müalicə-bərpa xidməti göstərilməsi Qaydası”nı təsdiqləyib.

Qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qaydaya əsasən, peşə təhsili müəssisəsində əlavə müayinə və müalicəyə ehtiyacı olan şəxslər üçün fərdi qaydada aparılacaq müalicə-bərpa xidmətləri ərazi dövlət tibb müəssisələri tərəfindən müəyyən edilir.

Peşə təhsili müəssisəsində əlavə müayinə və müalicəyə ehtiyacı olan yetkinlik yaşına çatmayan şəxslərə əlavə müalicə-bərpa xidmətləri “Uşaqların icbari dispanserizasiyasının həyata keçirilməsi Qaydası” və “Xəstə və xəstələnmə riski olan uşaqlar üçün müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi Qaydası”na uyğun olaraq həyata keçirilir.

Peşə təhsili müəssisəsində müalicəyə və ya müalicə-bərpa xidmətinə ehtiyacı olan yetkinlik yaşına çatmayan şəxslərə, təxirəsalınmaz hallar istisna olmaqla, digər tibbi xidmətlər onların valideynlərinin və ya qanuni nümayəndələrinin yazılı razılığı ilə göstərilir. Peşə təhsili müəssisəsində təhsilalanlara aparılan əlavə müalicə-bərpa tədbirlərinin nəticələri ərazi üzrə ambulator-poliklinika müəssisəsinin peşə təhsili müəssisəsinə təhkim olunmuş həkimi tərəfindən qiymətləndirilir.

Şəxsin sağlamlıq vəziyyətindən asılı olaraq, ehtiyac olduqda bu tədbirlər davam etdirilir. Peşə təhsili müəssisəsində təhsilalanların tibbi profilaktik müayinəsi təhsil müddəti dövründə ildə bir dəfədən az olmayaraq, həmin təhsil müəssisəsində və ya ərazi üzrə ambulator-poliklinik xidmət göstərən tibb müəssisəsində aparılır.

Dövri tibbi profilaktik müayinələrin nəticəsinə uyğun olaraq aşağıdakı tədbirlər həyata keçirilir:

- ötən tədris ili ərzində təhsilalanların sağlamlığının dinamikasının qiymətləndirilməsi, xəstəliklərin erkən əlamətlərinin və funksional pozuntuların aşkar edilməsi və onların aradan qaldırılması üçün müvafiq əlavə müalicə-bərpa tədbirlərinin təşkili;

- peşə təhsili dövründə tədris-istehsalat yükünün təhsilalanlara təsirinin öyrənilməsi;

- sağlamlığında pozuntular (müxtəlif orqan və sistemlərin xəstəlikləri, fiziki, cinsi və digər morfofunksional pozuntular) aşkar edilmiş təhsilalanların dispanser qeydiyyatına götürülməsi və onların müvafiq müalicə-bərpa müəssisələrinə yönəldilməsi;

- sağlamlığında pozuntular aşkar edilmiş təhsilalanların təhsili davam etdirə bilməsi və seçdiyi peşəyə uyğun işə yararlılığı barədə rəy verilməsi;

Təhsilalanlara göstərilən əlavə müalicə-bərpa tədbirləri barədə məlumatlar Vətəndaşların Elektron Sağlamlıq Kartı Sisteminə (VESKS-ə) daxil edilir. Peşə təhsili müəssisəsində əlavə müayinə və müalicəyə ehtiyacı olan şəxslərə əlavə müalicə-bərpa xidmətləri dövlət büdcəsi vəsaiti hesabına göstərilir.скачать dle 11.3



Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 886 28.01.19 12:10