Dərsliklər uşaqların psixi durumuna və intellektual səviyyəsinə uyğun hazırlanmalıdır - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Dərsliklər uşaqların psixi durumuna və intellektual səviyyəsinə uyğun hazırlanmalıdır - VİDEO

Dərsliklər uşaqların psixi durumuna və intellektual səviyyəsinə uyğun şəkildə hazırlanmalıdır.

Bunu tənzimləmək üçün də qanunda dərsliklərlə bağlı ayrıca müddəa olmalıdır.

Median.Az xezerxeber.az-a istinadən bildirir ki, bu barədə təklif Milli Məclisin Elm və təhsil komitəsinin iclasında verilib.

"Ümumi təhsil haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirilib ki, dərsliklər uşaqların psixi durumuna və intellektual səviyyəsinə uyğun şəkildə hazırlanmalıdır. Qeyd edilib ki, dərsliklərin tərtib edilməsi ilə bağlı qanun layihəsində yeni müddəa nəzərdə tutulmalıdır. Çünki dərsliklərlə bağlı həm cəmiyyətdə, həm də mediada tez-tez müzakirələr gedir. Bəzən də insanlar yanlış səmtə yönəldilir. Həm valideynlər, həm uşaqlar, həm də müəllimlər çaş-baş vəziyyətdə qalırlar.

Təhsil nazirinin müavini İdris İsayev isə bildirib ki, gələn ay dərsliklərlə bağlı normativ hüquqi akt hazırlanacaq və ictimaiyyətə təqdim olunacaq.

İdris İsayev qeyd edib ki, ehtiyac yaranarsa, millət vəkillərinin təklifi əsasında qanun layihəsinə də dərsliklərlə bağlı müddəa salına bilər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 928 25.01.19 13:44