Makedoniyalı İsgəndərin ölüm səbəbi məlum olub - Nadir xəstəlikdən əziyyət çəkirmiş » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:20 ABŞ İrana qarşı yeni sanksiyalar hazırlayır  |     18:53 Ermənilər Üzeyir Hacıbəylinin məşhur bəstəsini oğurladılar - VİDEO  |     18:27 Bakıda baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb olub  |     18:06 Rusiyada “TikTok”un bloklanması təklif olunub  |     17:55 Gəncədə şagird sinif yoldaşına xəsarət yetirib  |     17:15 Bakıda ucuz qiymətə çıxarışlı mənzillər satılır - ÜNVANLAR  |     17:03 İsrail rəsmiləri İrana görə bir daha toplanacaq  |     16:39 Daha bir məşhur "tiktok"çu həbs edildi  |     16:30 Bakıda mənzildə meyit tapılıb  |     16:04 Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir HƏBS EDİLDİ  |     15:50 Polisdən ƏMƏLİYYAT: Narkoanbar kimi istifadə olunan ev aşkarlandı - FOTO  |     15:21 Həcc ziyarəti ilə bağlı 500 nəfər aldadıldı: QMİ-dən XƏBƏRDARLIQ  |     14:59 Ən çox balı onlar topladı - SİYAHI  |     14:57 Bakıda uşaq evində DƏHŞƏT: Qız qollarını doğrayıb müəssisədən qaçdı  |     14:40 Rəşad Dağlı əfv olunur? – Hüquqşünas şərti açıqladı  |     14:39 Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan Azərbaycana ekstradisiya edilib  |     14:38 "YouTube" yeni dizaynı sınaqdan keçirir - FOTOLAR  |     14:36 Kriştiano Ronaldo iki oyunluq cəza alacaq  |     14:30 Prezidentin sədr təyin etdiyi Fərhad Adıgözəlov kimdir? - DOSYE  |     14:29 Nijni Novqoroddan Bakıya birbaşa təyyarə reysləri həyata keçiriləcək  |    

Makedoniyalı İsgəndərin ölüm səbəbi məlum olub - Nadir xəstəlikdən əziyyət çəkirmiş

Yeni Zellandiyadan olan həkimlər Makedoniyalı İsgəndərin ölüm səbəbini müəyyən ediblər. Katerina Holl və onun kolleqalarının fikrinə görə, məşhur sərkərdənin ölümünə səbəb nadir xəstəlik olub.

Median.az
medicina.az-a istinadən bildirir ki, araşdırmaçılar sərkərdənin ölümü ilə bağlı irəli sürdükləri hipotezi sübutlarla da təsdiqləyiblər.

Onlar belə hesab edirlər ki, onun ölüm səbəbi Guillain Barre sindromu olub. Çox nadir rast gəlinən bu sindrom insanın immun sistemi onun periferik sinirlərini məhv edir. Xəstəlik nəticəsində xəstə iflic ola və hətta dünyasını dəyişə bilər.

Əldə edilən məlumatlara əsasən ölümdən bir neçə gün əvvəl 32 yaşlı hökümdarın qızdırması qalxıb, qarnında ağrılar olub. Eləcə də onda simmetrik iflic də müşahidə edilib.

Xəstəlik səbəbindən Makedoniyalı İsgəndər bu xəstəlik ucbatından tamamilə iflic olaraq yalnız nəfəs almışdır. Buna görə də onu sağ ikən ölü olduğunu düşünmüşlər.

Qeyd edək ki, Guillain Barre sindromu, iflicə səbəb olan xəstəliklər arasında ən çox rast gəlinəni hesab olunur. Bu sindrom Campylobacter pylori adlanan infeksiyanın inkişafı ilə meydana çıxır.

Xəstəlik çox vaxt ayaqlardan başlayaraq qollara, daha sonra üzə, çənə əzələlərinə, ağır formalarda isə tənəffüs əzələlərinə doğru yayılan əzələ zəifliyi ilə müşahidə edilir. Ağrılar bir müddət sonra belə və ayaqlara yayılır. Əzələlərdə vibrasiyayabənzər titrəmələr, gücsüzlük yaranır. Xəstəlik xəstənin tam iflic olması və bir çox hallarda ölümlə nəticələnir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 594 24.01.19 23:38