Gürcüstana səyahət nə dərəcədə təhlükəlidir? » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:53 Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir  |     17:50 Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir  |     17:38 Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO  |     16:38 Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO  |     16:26 Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir  |     16:04 Bakıda marketdən minlərlə manatlıq spirtli içki oğurlanıb - FOTO/VİDEO  |     15:41 Dövlət Xidməti Amaras monastırında monitorinqlər aparıb  |     15:33 Zaxarova: “Ermənistan miqrasiya ilə bağlı Britaniya ilə danışıqlarını özü şərh etməlidir” - VİDEO  |     15:29 Zaxarova: “Moskva Bakı ilə İrəvan arasında münasibətlərin həlli üçün mümkün olan hər şeyi etdi” - VİDEO  |     15:26 Polis qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlərlə 21 əcnəbini saxlayıb - VİDEO  |     15:25 Mariya Zaxarova: “Rusiya Ermənistandan aydın reaksiya və rəsmi təkzib gözləyir”  |     15:24 Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq Memorandumu imzalanıb  |     15:21 Zaxarova: “Ermənistana yalnız Qərbin əlində alət rolu verilir” - VİDEO  |     15:13 Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar  |     15:11 Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır - RƏSMİ  |     15:06 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir, ikisinin inşası başa çatıb  |     13:34 Palma yağlarının Azərbaycana gətirilməsi qadağan edilsin - Deputatdan təklif  |     13:21 Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq  |     13:09 Aİ dövlətləri İrana qarşı yeni qadağalarla bağlı razılığa gəldilər  |     13:09 Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı - VİDEO  |    

Gürcüstana səyahət nə dərəcədə təhlükəlidir?

Gürcüstanda H1N1 virusundan ("donuz qripi”) ölənlərin sayı 19 nəfərə çatıb. Bu haqda Gürcüstan mətbuatı məlumat yayıb (24 yanvara olan informasiya - red). Halbuki ölkənin Səhiyyə Nazirliyi epidemiyanın təhlükəli olmadığını və xəstəliyə yoluxma səviyyəsinin aşağı düşdüyünü deyir.

Median.az
xəbər verir ki, "Media.Az” Azərbaycan vətəndaşlarının yaxın zamanlarda qonşu ölkəyə səyahət etmələrinin nə dərəcədə məqsədəuyğun olub-olmamasını ekspertlərdən öyrənməyə çalışıb.

Rəsmi hesablamalara görə, Gürcüstanda "donuz qripi”nə doqquz min nəfər yoluxub. Onlardan 42 nəfərin vəziyyəti ağırdır və hazırda reanimasiyada ölümlə çarpışırlar.

Gürcüstanda qızılcaya yoluxmuş insanların sayı da gündən-günə artır. 2019-cu ilin əvvəlindən bu infeksion viruslu xəstəliyə 335 nəfərin yoluxduğu qeydə alınıb. Bu haqda Gürcüstan Səhiyyə Nazirliyinin rəhbəri David Serqeyenko açıqlama verib. Ölkədə epidemiya elan olunub. İnfeksiyaya yoluxmuş vətəndaşlar arasında azyaşlılar və 15-40 yaşları arasında olan pasiyentlər üstünlük təşkil edir.

Bu, əhalinin virusa qarşı immunitetinin olmaması ilə əlaqəlidir. Ölkədə peyvənd olunmamış insanların sayı 200 minə yaxındır. Ona görə də Serqeyenkonun sözlərinə inansaq, Gürcüstan hökuməti bütün vətəndaşları pulsuz peyvəndlə təmin etmək niyyətindədir.

Mütəxəssislər "donuz qripi”nin ikinci dalğasının başlanacağını proqnozlaşdırır. Proqnozlara inansaq, bu, mart ayında baş verəcək. Həmin ayda Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində azərbaycanlılar kütləvi şəkildə Gürcüstana səfər edirlər.

Azərbaycan Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyevanın dediyinə görə, "donuz qripi”nin ikinci dalğasının olub-olmayacağını indidən demək tezdir.

"Bizim əhali bu gün Gürcüstanda baş verənlər haqqında yaxşı məlumatlıdır. Vətəndaşlarımızın vacib səfərlər istisna olmaqla, ora yollanacağına şübhə edirəm. Gürcüstana işlə bağlı və ya başqa səbəblərlə gedənlər başqa məsələ. Kiminsə Gürcüstana və ya başqa ölkələrə getməsinə qadağa qoya bilmərik. Bizim işimiz əhalini məlumatlandırmaqdır. Hesab edirəm ki, bu tapşırığın öhdəsindən kifayət qədər yaxşı gəlirik. Gürcüstana səfər etməyi planlaşdıran insanlara vaksinasiyadan keçmək tövsiyə edə bilərik.

Ölkəmizdə mövsümi qripə qarşı yalnız özəl səhiyyə sektorunda peyvənd etdirmək olur. Gürcüstanda "donuz qripi”nin ikinci dalğasına gəlincə, bunun baş verməyəcəyinə ümid edirəm. Hazırda Gürcüstanda əhalinin vaksinasiyası aparılır. Bu növbəti xəstəlik dalğasından qaçmağa kömək edə bilər. Azərbaycana gəlincə, bizdə epidemioloji vəziyyət sabitdir, hələlik H1N1 virusuna bir yoluxma halı belə qeydə alınmayıb. Bütün sərhəd məntəqələrində ciddi epidemioloji nəzarət həyata keçirilir”, - deyə A. Əliyeva bildirib.

Azərbaycanın Turizm Assosasiyasının sədri Nahid Bağırov isə hesab edir ki, qonşu ölkədə "donuz qripi”nə yoluxma ilə bağlı artım tendensiyası davam etsə, nəticə etibarı ilə Gürcüstana turist axını zəifləyəcək.

"Ancaq hələ ki, Gürcüstanda turistlərin sayının azalması ilə bağlı heç bir məlumat yoxdur. Həmçinin Azərbaycanın heç bir rəsmi instansiyası qonşu ölkəyə səfər etməməklə bağlı xəbərdarlıq etməyib.

İnanıram ki, Gürcüstan tərəfi epidemiyanın qarşısını almaq üçün əlindən gələni edəcək. Turizm Gürcüstanın əsas gəlir mənbəyindən biridir. Ölkənin imici və beynəlxalq nüfuzuna xələl gəlməməsi üçün əhalinin vaksinasiyası istiqamətində lazımı ölçülər götürəcəklər. Ona görə düşünürəm ki, bizim vətəndaşlar hər il olduğu kimi bu il mart bayramlarında Gürcüstana yollanacaq. Hadisələr başqa ssenari üzrə inkişaf etsə, vəziyyət daha dramatik olsa, böyük ehtimalla həmyerlilərimiz Novruz bayramını Gürcüstanda yox, Türkiyədə qeyd edəcək”, - deyə N. Bağırov bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            905 24.01.19 22:26