Bakıda cinayətlərin sayı azalıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Bakıda cinayətlərin sayı azalıb

Yanvarın 24-də Bakı şəhər prokurorluğunda mərkəzi aparatın və ərazi rayon prokurorluqları işçilərinin iştirakı ilə 2018-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Bakı şəhər prokuroru İlqar Abbasov bildirib ki, hesabat dövründə şəhərin prokurorluq orqanları cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə sahəsində paytaxtın digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə fəaliyyət göstərərək müəyyən nəticələr əldə edib.

Belə ki, 2017-ci ildə şəhər ərazisində prokurorluq və polis orqanları üzrə 12122 hadisə qeydə alındığı halda 2018-ci ildə 309 hadisə, yəni 2,5% azalaraq 11813 hadisə olub. Qeydə alınmış cinayətlərin açılma faizi 0,2% çoxalaraq 80,2%, ağır və ya xüsusilə ağır cinayətlərin sayı isə 582 hadisə azalaraq 1308 olub.

2018-ci ildə qeydə alınmış 66 qəsdən adam öldürmə cinayətinin (2017-ci ildə 59 hadisə) 4-ü istisna olmaqla (3 fakt şəxslərin xəbərsiz itkin düşməsi ilə bağlı olub), habelə 32 qəsdən adam öldürməyə cəhd cinayətinin (2017-ci ildə 38 hadisə) açılması təmin edilib. Ölümlə nəticələnən 212 yol-nəqliyyat hadisəsindən isə 3-ü bağlı qalıb.

Prokurorluqda icraatda olan 1115 işdən 547-i, daxili işlər orqanlarının istintaq aparatlarının icraatında olan 12390 cinayət işindən 4226-nın istintaqı tamamlanıb. 2018-ci ildə baş vermiş cinayətlər nəticəsində fiziki və hüquqi şəxslərə vurulmuş 6 milyon 518 min manat maddi ziyandan 4 milyon 386 min manatı (67.3%), polis orqanlarında aparılan işlər üzrə isə vurulmuş 28 milyon 862 min manat maddi ziyandan 25 milyon 80 min manatı (86,9%) istintaq zamanı ödətdirilib.

2018-ci ildə müxtəlif xətalar törətdiklərinə görə Azərbaycan Respublikası Baş prokurorunun müvafiq əmrləri ilə 12 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib, onlardan 3 nəfər tutduğu vəzifədən azad olunub, 2 nəfər prokurorluq orqanlarından xaric edilib.

Bakı şəhər prokurorunun müavini Azər Əsgərov, Bakı şəhərinin rayon prokurorları hesabat dövründə görülmüş işlər, yol verilmiş nöqsanlar və qarşıda duran vəzifələr barədə müşavirə iştirakçılarına ətraflı məlumat veriblər.//qafqazinfo.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 345 24.01.19 20:10