Azərbaycan və İran birgə avtomobil istehsal edəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Azərbaycan və İran birgə avtomobil istehsal edəcək

Azərbaycan və İranın müştərək avtomobil zavodu olan “AzerMaş-İKCO” fevral ayının ortalarından Neftçala sənaye parkında “Peugeot” avtomobilinin istehsalına başlayacaq.

Median.Az
“Mehr News” agentliyinə istinadən xəbər verir ki, bu barədə “AzerMaş”ın sədri Emin Axundov açıqlama verib.

“Xəzər-Pejo” adlı yeni avtomobillər avtomatik ötürücülər qutusu ilə təchiz olunacaq. “AzərMaş-IKCO” şirkətinin istehsal həcmi ilə 10 min avtomobil olacaq. Birinci mərhələdə (2019-cu ilin sonuna) altı min avtomobil istehsal olacaq. Müəssisənin ilə iki min avtomobil ixrac edəcəyi gözlənilir. Müəssisə 300 nəfəri işlə təmin edəcək.

İlkin mərhələdə “Xəzər” modelindən olan “Khazar SD” və “Khazar LD” avtomobilləri buraxılacaq. E.Axundovun bildirdiyinə görə, “Khazar SD”nin başlanğıc qiyməti 16 min manat, “Khazar LD” isə 18 min manat olacaq.

“Iran Khodro” və onun törəmə şirkəti olan “AzərMash-AzEuroCar” MMC 6 avqust 2016-cı ildə Neftçala sənaye parkında müştərək avtomobil zavodunun yaradılması haqında müqavilə bağlayıb. Layihənin ümumi dəyəri 14,08 milyon dollar qiymətləndirilir. Azərbaycanın investisiya payı 75%, İranın investisiya payı 25% təşkil edir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 799 24.01.19 14:43