Bakıda və regionlarda vətəndaşlardan heroin götürülüb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |     18:42 ABŞ İsrailə bir milyard dollardan çox dəyərdə silah verə bilər  |     18:32 Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO  |     18:28 Azərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib  |     18:10 Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb  |    

Bakıda və regionlarda vətəndaşlardan heroin götürülüb

Median.Az xəbər verir ki, Xəzər RPİ 2-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mehdi Qasımovdan narkotik vasitə - heroin götürülüb.

Bundan başqa, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Novxanı qəsəbə sakinləri Ülvi Əliyev, Mehman Mərdanov, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Xalid Şəmsiyev və Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Pənah Cəbiyev saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan heroin aşkar edilib.

Salyan RPŞ-nin əməkdaşları tərəfindən saxlanılan şəhər sakini Mübariz Abbasovdan narkotik vasitə olan heroin və elektron tərəzi götürülüb.

Balakən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Mehman Umudov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib. Narkotik vasitəni ona satan həmkəndlisi, əvvəllər məhkum olunmuş Ramazan Bayramov tutulub, onun həyətyanı sahəsində axtarış zamanı heroin aşkar edilərək, götürülüb.

Faktlarla bağlı istintaq aparılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 434 24.01.19 12:54