Median.Az xəbər verir ki, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabrın 7-də şəhər ərazisində “Opel” markalı avtomobildən sənəd oğurlayan şəhər sakini Emin Duduyev saxlanılıb.
Araşdırma zamanı onun, ötən il oktyabrın 29-da “BMW” markalı avtomobildən 400 manat və maqnitafon oğurlaması məlum olub.
Bundan başqa, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Elçin Musayev saxlanılıb.
Məlum olub ki, o yanvarın 4-də şəhər sakini olan bir qadının, içərisində 365 manat, qızıl əşyalar və sənəd olan çantasını oğurlayıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb.