Nazir müavini: İşsiz gənclər ümumi işsizlərdən iki dəfə çoxdur » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:23 İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı  |     21:13 Goranboyda qadını maşın vurub  |     21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |     18:52 Bakının 8 Noyabr prospektində velosiped zolaqları salınır  |     18:33 Bakıda işçi mühafizə etdiyi idman zalınının kassasını talayıb - VİDEO  |     17:12 Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur  |     17:03 Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - VİDEO  |     16:46 Azərbaycanın xarici dövlət borcu açıqlandı  |     16:42 Azərbaycanda vəzifəli şəxs 3500 manat cərimələndi  |    

Nazir müavini: İşsiz gənclər ümumi işsizlərdən iki dəfə çoxdur

Hər il məşğulluq bazarına 100 min gənc daxil olur və onların işlə təmin olunması mühüm problem kimi bir neçə dövlət qurumunun birlikdə işləməsini vacib edir.

“Gənclərin məşğulluğu” mövzusunda keçirilən konfransda bir neçə nazirlik və beynəlxalq təşkilatlar qatılıb.

Konfransı açan Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevin sözlərinə görə, dünyada ən zəngin şirkətlərin təsisçiləri arasında gəncləri də görmək olar.

Xüsusən, yüksək texnologiyaya əsaslanan şirkətlərin yaranmasında, müasir peşələrin aparılmasında onların xüsusi rolu var. Bunu nəzərə alan ASK işəgötürənlər üçün böyük əhəmiyyət daşıyan savadlı kadr potensialı ilə bağlı məsələlərin gündəmdə olmasına çalışır.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimlinin açıqladığı məlumatlara görə, ölkə əhalisinin 24 faizini 14-29 yaş arasında olan gənclər təşkil edir.

“Uşaqları da əlavə etsək, ölkə əhalisinin 50%-i məhz uşaqlar və gənclərdir. Gənclər arasında işsizlik 9,2 faizdir və bu da ümumi işsizlik faizindən iki dəfə çoxdur. Hər il yüz minlərlə gənc iş bazarına daxil olur.

Onların məşğulluğunu təmin etmək üçün təhsil, əmək və işəgötürənlər birlikdə çalışmalıdırlar. Bu problemin həll olunması ortaq məsuliyyət tələb edir”.

Konfransda gənclərin rayon və kəndlərdən şəhərə axını, yerlərdə müəllimlərə belə ehtiyac yarandığı bildirilib.

Ordudan tərxis olunan gənclərin yenidən işinə bərpa olunmasına nəzarətin gücləndirilməsi, gənclərin təhsilləri üzrə işləməsinə imkanlar açmaq barədə mühüm problemlər qaldırılıb.
//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 900 23.01.19 12:06