100 manata görə tanışını öldürən keçmiş məhkuma hökm oxunub » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |     18:50 Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir  |     18:19 Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO  |     17:53 Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir  |    

100 manata görə tanışını öldürən keçmiş məhkuma hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Bakı şəhər sakini Kənan Əsgərovun CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 221.1-ci (xuliqanlıq) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, ötən il avqustun 16-da Səbail rayonu, İçərişəhərdə Kənan Əsgərov aralarında yaranmış mübahisə zamanı paytaxt sakini Vüqar Cəfərovu bıçaqlayaraq qətlə yetirib. Həmin gün o, Səbail RPİ 9-cu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, K.Əsgərov İsrafil adlı tanışından 100 manat pul alıb, lakin bir müddətdən sonra Vüqar Cəfərov İsrafilə veriləsi olan 100 manatın ona çatacağını deyib. Cavab olaraq Əsgərov bununla razılaşmayaraq pulu İsrafilə qaytaracağını bildirib. Cəfərov Əsgərovun ünvanına söyüş söydükdə, aralarında dava başlayıb. Nəticədə Kənan bıçaqla Vüqara bıçaqla xəsarətlər yetirib, zərərçəkmiş xəstəxanaya aparılarkən yolda ölüb.

K.Əsgərov əvvəllər məhkum olunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 19 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 257 22.01.19 13:13