Eminin Amerika səfəri niyə təxirə salındı? - AÇIQLAMA (VİDEO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:22 Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi  |     14:22 Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir  |     14:21 Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi - VİDEO  |     14:17 Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı  |     14:17 Baş Prokurorluğun 42 yaşlı yüksəkvəzifəli əməkdaşı qəfil vəfat etdi  |     14:15 Azərbaycan nefti bahalaşdı  |     14:14 Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB  |     14:12 Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb  |     14:10 Quterreşdən Azərbaycan və Ermənistana çağırış  |     14:09 Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb  |     14:08 Alimlərdən həyəcan təbili: Çinin böyük şəhərlərinin təxminən yarısı suyun altında qala bilər  |     14:08 Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər, maaş yazdılar - VİDEO  |     14:06 Əlavə qatqılar, allergik təsirlər: Marketlərdəki məhsulların Azərbaycan dilində məlumat PROBLEMİ - VİDEO  |     14:04 İşıqforu təpikləyib, kəllə atdı: Bakıda çəkilən görüntülər təəccüb doğurdu - VİDEO  |     14:00 Naftalanda qadın ağır yanıq xəsarətləri alıb  |     13:58 Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?  |     13:57 Palma yağının ölkəyə gətirilməsi qadağan edilməlidir? - VİDEO  |     13:56 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib  |     13:40 Paşinyan: “İlk dəfə olaraq Ermənistan və Azərbaycan problemi masa arxasında həll ediblər”  |     13:36 Azərbaycanda daha bir bank bağlanır - RƏSMİ AÇIQLAMA  |    

Eminin Amerika səfəri niyə təxirə salındı? - AÇIQLAMA (VİDEO)

Müğənni Emin Ağalarov yanvar ayının sonu, fevral ayının əvvəlinə planlaşdırılan ABŞ və Kanadaya qastrol səfərlərini təxirə salıb

Azərbaycanın Xalq artisti bu haqda “Instagram” səhifəsində yazıb.

“Əziz dostlarım, mən bu ismarıcı yazmaq istəməsəm də, yaranmış şəraitin “əsiri olmuşam” və buna görə ABŞ və Kanadaya planlaşdırdığım turu təxirə salmağa məcburam. Təəssüflər olsun ki, bunu istəməsəm də belə alınıb.

Biz bu turu bir il əvvəl planlaşdırmışdıq və çox istəyirdik ki, hamı üçün konsert verək. Bilet almış hər bir kəsdən səmimi qəlbdən üzr istəyirəm. Gözlənilən bütün dəyişikliklər haqqında sizə yaxın zamanda məlumat verəcəyik”, -deyə Emin “Instagram” səhifəsində yazıb.

“CNN”nin məlumatına əsasən, müğənninin ABŞ və Kanada turnesini təxirə salmasına səbəb, onun nümayəndəsinin Amerikanın xüsusi prokuroru Robert Müller və Konqress komitələri ilə razılığa gələ bilməməsi olub.

Eminin vəkili Skott Balber “CNN” telekanalına müsahibəsində planlarda baş verən dəyişikliyi Müllerin aparatı və Konqres nümayəndələri ilə aparılan konsultasiyaların uğursuzluğa düçar olması ilə əlaqələndirib.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Demokratik partiyasının nümayəndələri Eminin Rusiyanın ABŞ seçkilərinə müdaxilə etmək cəhdlərində iştirak etdiyi iddiasını irəli sürüb.


скачать dle 11.3






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 415 22.01.19 12:22