23:06 Almaniya Ukraynaya döyüş təyyarələri göndərməyəcək  |     22:22 Azərbaycanda ət məhsulları niyə bahadır?  |     22:16 Dilarənin "Toppuş bacı" ilə son yazışması (FOTO)  |     22:02 Rayonda silahlı şəxs saxlanıldı  |     21:59 DİQQƏT! Soyuducuya yumurta qoymayın - SƏBƏB  |     21:51 Zəncəfilin bilmədiyimiz faydaları  |     21:45 Pulları pampersə yığan dilənçilər saxlanıldı - FOTO  |     21:38 “Telegram”da yeni funksiyalar yaradıldı  |     21:30 "McDonalds"ın qarşısında gənc oğlan bıçaqlandı - TƏFƏRRÜAT  |     21:25 Gün ərzində nə qədər qəhvə içmək olar?  |     21:16 Çexiyada prezident seçkilərinin ikinci turunda general Pyotr Pavel liderlik edir  |     21:09 Afrikalı vinger "Neftçi" ilə vidalaşıb  |     21:01 Türkmənistan XİN Azərbaycan səfirliyinə hücumu pisləyib  |     20:55 ATƏT-in Baş katibi: "Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyirəm"  |     20:48 Şahmat üzrə Azərbaycan çempionatının qalibi bəlli olub  |     20:43 Türkiyə şirkəti NATO üçün proqram təminatı hazırlayır  |     20:35 Azərbaycan millisinin futbolçusu Gürcüstan klubuna keçib  |     20:26 Sabahdan rayonlara qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ  |     20:21 Naxçıvanda “Kibergigiyena layihəsi”nin icrasına başlanılıb  |     20:12 Bakıda marketdə satıcı xanıma qarşı quldurluq edən şəxs saxlanılıb  |    
260 manata görə qətlə əl atdı
Pula görə qətl törədən şəxsin kassasiya şikayətinə baxılacaq.

Median.az bildirir ki, məhkum olunan Xalıqov Rövşən Gülbala oğlunun məhkəmə prosesi fevral ayının 27-də hakim Əli Seyfəliyevin sədrliyi ilə keçiriləcək.

Xatırladaq ki, 2016-cı il 17 iyun tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq yolu ilə qətl törətməkdə təqsirləndirilən Rövşən Xalıqov 18 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, 2015-ci il iyunun 28-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşayan Viktor Lituxinin baş nahiyəsində xəsarət olan və qismən çürüməyə məruz qalmış meyiti mənzilində tapılıb.

Araşdırmalar zamanı onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Xalıqov tərəfindən tamah məqsədilə çəkiclə qətlə yetirilməsi müəyyən edilib. Qaradağ Rayon Polis İdarəsinin (RPİ) 10-cu Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Xalıqov tutulub. Hadisəsini törətdikdən sonra onun evdən 260 manat pul apardığı məlum olub. R.Sadıqov Cinayət Məcəlləsinin 120.2.11-ci (qəsdən adam öldürmə, quldurluq, hədə-qorxu ilə tələb etmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmişin sağlamlığına ağır zərər vurmaqla törəldildikdə) maddəsi ilə ittiham olunur. Xatırladaq ki, R.Xalıqov 2015-ci ildə oğurluqda təqsirli bilinərək, həbs edilib. Məhkəmənin hökmü ilə o, 2 min manat məbləğində cərimə edilib.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 132 18.01.19 20:23