17:21 Osmaniyedə binanın afterşok zamanı çökmə anının görüntüləri yayıldı - VİDEO  |     17:07 Azərbaycan və Türkiyənin xarici işlər nazirləri arasında telefon danışığı olub  |     16:55 Prezident Aleksandr Şarovski ilə bağlı sərəncam imzaladı  |     16:32 Türkiyəyə yardım aparan Sərvərə bahalı maşın hədiyyə edildi  |     16:05 Narkoloji xəstə məhkumların videogörüş keçirmələrinə icazə veriləcək  |     15:40 DVX-nin vəzifəli şəxslərinin geyim formalarının yeni tələbləri müəyyən edilib  |     14:33 Naxçıvanda xəstəxanalar Türkiyədə zəlzələdə zərərçəkənlərin müalicəsi üçün hazır vəziyyətdədir  |     14:05 Azərbaycan yazıçılarının əsərlərini tərcümə edən şəxs ailəsi ilə birlikdə zəlzələdə həlak olub  |     13:51 Azərbaycan nefti bahalaşıb  |     13:39 Ölkə ərazisində hava yağıntılı olub, bəzi yerlərdə qar yağıb - FAKTİKİ HAVA  |     13:20 ABŞ-də yaşayan azərbaycanlılar Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım toplayırlar - VİDEO  |     13:06 Bakıda sığınacağa yerləşdirilmiş 17 yaşlı qız itkin düşüb  |     12:48 Bakıda polis maşını qəzaya düşdü  |     12:47 Heydər Əliyev Fondu Türkiyəyə yenə yardım yollayacaq  |     12:45 FHN-in xilasediciləri Türkiyədə 37 nəfəri dağıntılar altından sağ çıxarıblar - VİDEO  |     12:42 Düşənbədə bütün çoxmərtəbəli binaların zəlzələyə davamlılığı yoxlanılacaq  |     12:39 Rusiyalı müğənni ABŞ-nin sanksiyalar siyahısından çıxarıldı  |     12:38 “Charlie Hebdo”nun Türkiyədəki fəlakətlə bağlı karikaturası “faşist yumorunun” təzahürüdür  |     12:35 Kim Çen In 35 günlük fasilədən sonra ictimaiyyət qarşısına çıxdı - VİDEO  |     12:23 Qardaşımızın dərdinə riyakarcasına gülən ermənilər: “Yardımı zəhərləyib göndərməli idik” - VİDEO  |    
Bakıda tanınmış müğənni həbs edildi - TƏFƏRRÜAT
Bakıda tanınmış müğənni, “Velizadə prodakşn”ın rəhbəri Tural Vəlizadə həbs edilib.

T.Vəlizadə dörd nəfərə qarşı dələduzluqda ittiham edilir.

Belə ki, o, azərbaycanlı iş adamlarına Türkiyənin tanınmış müğənniləri Sıla və Ebru Gündeşi Bakıya gətirib, konsert vermələrini təmin edəcəyinə söz verib. T.Vəlizadə ümumilikdə həmin şəxslərdən 200 min ABŞ dolları məbləğində pul alıb, lakin vədinə əməl etməyib.

Zərərçəkmişlərin şikayətləri əsasında saxlanılan T.Vəlizadənin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb və həbs-qətimkan tədbiri seçilib.

Onun cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hazırda hakim Cavid Hüseynovun sədrliyi ilə T.Vəlizadənin cinayət işi araşdırılır.

O, ittiham üzrə özünü təqsirli bilmədiyini və iş adamlarından pulu borc aldığını söyləyib.

Bu gün keçirilən məhkəmə iclasında zərərçəkmiş Rövşən Hacıyevin vəkili Babək Həmidov vəsatət qaldırıb.

O, cinayət işində adı şahid qismində keçən Əli Vəliyevin də cinayət məsuliyyətinə cəlb edilməsini istəyib.

Vəkil qeyd edib ki, Ə.Vəliyev iş adamı R.Hacıyevin işçisi olub, T.Vəlizadəni də onunla o tanış edib:

“Rövşən müəllimə türkiyəli müğənnilər Sıla və Ebru Gündeşin Bakıya konsert üçün gətirilməsi təklifini Əli verib. Əli də Rövşən Hacıyevdən ümumilikdə 140 min dollar pul alıb, Turala verib. Tural isə deyir ki, Əli ona ümumilikdə 120 min dollar pul verib. Məhkəmədən xahiş edirəm ki, həmin şəxs də cinayət məsuliyyətinə cəlb edilsin”.

Dövlət ittihamçısı vəsatətə münasibət bildirmək üçün məhkəmədən vaxt istəyib.

Məhkəmə prosesi yanvarın 25-də davam etdiriləcək.
//oxu.azскачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 662 18.01.19 17:37