Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Bakının bəzi hissəsində işıq olmayıb

18.01.2019 12:50 1 883
Bakının bəzi hissəsində işıq olmayıb
Ötən gün güclü külək nəticəsində Bakının bəzi ərazilərdə elektrik enerjisinin verilişində problem yaranıb.

Median.Az
-ın məlumatına görə, şəhərin Nərimanov, Əhmədli, Masazır ərazisində elektrik enerjisinin verilişində fasilələr olub.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev oxu.az-a bildirib ki, dünən bir ərazidə problem olub:

“Abşeron rayonu, Masazır qəsəbəsi Qurtuluş ərazisində elektrik enerjisinin verilməsində problem yaranıb. Əraziyə verilən enerji oranın balansındadır. Bizim əməkdaşlar tərəfindən qəza yeri müəyyənləşdi. Gecə 23:00-da elektrik enerjisi bərpa edilib”.

Tanrıverdi Mustafayev qeyd edib ki, dünən maşın elektrik dirəyinin birini aşırıb:

“Digər üç elektrik dirəyini isə külək aşırıb, ərazi üzrə əməkdaşlar problemi həll edib”.

“Azərenerji” ASC-dən isə oxu.az-a bildirilib ki, güclü küləyə görə ASC-nin stansiya, yarımstansiya və yüksək gərginlikli ötürmə xətlərində heç bir açılma və qəza halı baş verməyib:

“Hava şəraiti ilə əlaqədar olaraq 17 yanvar tarixində “Azərenerji” ASC-nin mərkəzi aparatı və bütün müəssisələri enerji sistemində qəza hallarının baş verməməsi və yarana biləcək hər hansı qəza hallarının aradan qaldırılması məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirib”.

Son xəbərlər