“iPhone”dakı şəkilləri inadkar qohumlardan necə gizlətmək olar? » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:42 Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü  |     19:41 Türkiyədə ƏMƏLİYYAT: İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər tutuldular  |     18:31 Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:18 Əliyar Ağayev Fatih Terimin komandasının oyununda  |     18:05 Bakıda işıqforlarla bağlı ilk - FOTO  |     17:44 Türkiyədə lirə ilə bağlı mühüm qərar  |     17:36 Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO  |     17:18 Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ  |     17:10 Məşhur qalmaqallı rusiyalı bloqer Anastasiya İvleyeva cərimələndi  |     16:57 Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq  |     16:53 İlham Əliyev və Mehriban Əliyeva Əlibaba Məmmədovun dəfn mərasiminə əklil göndərib  |     16:49 Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO  |     16:41 Kilian Mbappe şəxsi rekorda imza atdı  |     16:40 Şarl Mişel COP29-a dəvət edildi  |     16:28 Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır  |     16:18 “Crocus”da terror hücumunun ödənişi hansı vasitələrlə edilib?  |     15:56 Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”  |     15:38 Elmira Süleymanova vəfat etdi  |     15:33 Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb  |     15:31 HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə  |    

“iPhone”dakı şəkilləri inadkar qohumlardan necə gizlətmək olar?

“ZDNet” ekspertləri dostların və ya qohumların istifadəçinin smartfonundakı şəxsi məlumatları oxumaması və ya şəxsi şəkillərə baxmaması üçün “iPhone”a “ağıllı” şifrə qoymağı tövsiyə edir.

Median.Az
xəbər verir ki, bu barədə Life.ru məlumat yayıb.

Bu, başlıca olaraq yaxınların və qohumların smartfona baxmaqda inad göstərdiyi vaxt istifadəçinin buna etiraz edə bilmədiyi hallara aiddir.

Dostların və qohumların sizin fotolara baxmaması, sosial şəbəkə hesablarına daxil olmaması və ya brauzerin tarixçəsini (daxil olunan saytların arxivi) araşdırmaması üçün ekran vaxtının hesablanması funksiyasından (ScreenTime) istifadəni tövsiyə edib. Bu funksiyanın ayarlarında müəyyən müddətə istənilən tətbiqə, məsələn, Qalereyaya şifrə qoymaq olur.

Apple Screen Time-da məqsəd istifadəçiləri rəqəmsal asılılıqdan müdafiə etməkdir. Lakin “ZDNet” ekspertlərinin hesablamalarına görə, ondan şəxsi məlumatların qorunması məqsədilə də yararlanmaq olar. Bu funksiyanın köklənməsindən sonra onu aktivləşdirib, smartfonu inadkar qohuma vermək olar.

Qeyd edək ki, Screen Time funksiyası ötən ilin payızında çıxan iOs 12 əməliyat sisteminin yeni versiyasında peyda olub. Yeni tətbiq istifadəçilərin qadjetin ekranı arxasında az vaxt keçirməsinə kömək olacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 556 17.01.19 17:44