Qaradağ polisi nakrotiklə əlaqədar 2 nəfəri saxlayıb
Median.Az xəbər verir ki, Qaradağ RPİ 38-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbir nəticəsində Xocəsən qəsəbə sakini Nurlan Məmmədyarov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan - heroin və marixuana, yaşadığı evdən 6 ədəd tüstü buraxan paket və 2 ədəd əl qumbarası aşkar edilib.
Bundan başqa, 38-ci polis bölməsinin əməkdaşları paytaxt sakini N.Fərzullazadədən 600 qram tiryək və 1 qramdan artıq heroin aşkar edilib.
Qaradağ RPİ İstintaq şöbəsində faktlarla bağlı cinayət işləri başlanılıb.
скачать dle 11.3
Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!