22:46 Azərbaycanda assosiasiyanın baş katibi qəfil vəfat etdi  |     21:22 Tovuzda Kür çayında meyit tapılıb - FOTO  |     20:37 ABŞ İrana görə Çinə sanksiya tətbiq etməyə hazırlaşır  |     20:30 Pakistanda “Wikipedia”ya giriş bloklanıb  |     20:27 Sərxoş halda avtomobil idarə edən şəxs həbs olunub  |     19:27 Medvedev: "Rusiya nüvə silahından istifadə edə bilər"  |     19:19 Ötən il ən çox ziyarət olunan icra hakimiyyəti internet resursları məlum olub  |     19:11 Son bir ayda İsmayıllıda vətəndaşlardan götürülən silahların sayı açıqlanıb  |     19:04 Bakıda yol qəzasında polis xəsarət alıb  |     18:47 Zaqatalada ikimərtəbəli ev yanıb  |     18:30 Blinken Çin XİN başçısı ilə danışıqda hava şarının ABŞ-yə keçməsini suverenliyin pozulması adlandırıb  |     18:02 Sərxoş halda avtomobil idarə edən şəxs həbs olunub  |     17:38 Azərbaycanda yeni cərimələr olacaq - 550 - 1500 AZN  |     17:33 Bakıda “Range Rover” “Opel”lə toqquşub, polis xəsarət alıb  |     17:21 Ekspert: “Azərbaycanın İrandakı səfirliyinə hücum həyəcan siqnalıdır”  |     16:56 Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb  |     16:54 Azərbaycanda daha 22 nəfər COVID-19-a yoluxub, bir nəfər vəfat edib - FOTO  |     16:37 Pensiyalarla bağlı ŞAD XƏBƏR - Yenə artacaq  |     16:33 Bakıda qadına qarşı əxlaqsızlıq edən taksi sürücüsü saxlanıldı  |     15:02 Bakıda avtomobil qaçırılıb  |    
Biznesmen adını dəyişib banka milyonlar “atdı” - TƏFƏRRÜAT
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə və sənəd saxtalaşdırmaqda təqsirləndirilən iş adamı Rauf Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Məlum olub ki, R.Allahverdiyev Rusiya Federasiyasında “Roma S Kompaniya A” şirkətini təsis edib. Bundan sonra şirkətin inkişafı məqsədilə maliyyə cəlb etməyə çalışıb. O, adını dəyişərək, özünü Yusifov Rail kimi təqdim edib və Rusiyada Yelena Akturiçlə əlbir olub, qanunsuz sənəd hazırlayaraq “Azərbaycan Beynəlxalq Bankı”nın Moskva filialından ayrı-ayrı vaxtlarda 866 min 566 manat, 338 min manat, 3 milyon 400 min manat olmaqla, ümumilikdə 15 milyon manat pulu mənimsəyib.

Götürülən pullar R.Allahverdiyevin təsis etdiyi “Roma S Kompaniya A” şirkətinin hesabına köçürülüb.

Bundan başqa, o, Rusiya Federasiyası ərazisində cinayət törətdiyinə görə, istintaqdan gizlənmək məqsədilə Azərbaycana qanunsuz yolla qaçmağa cəhd edib. Belə ki, Quliyev Həsən Qulu oğlunun adına olan rəsmi sənəd hesab edilən Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsini saxtalaşdırıb. Lakin o, Qusar rayonunda yerləşən “Samur” Sərhəd Nəzarəti məntəqəsində sənədi saxta olduğu üçün saxlanılıb.

R.Allahverdiyev elan olunmuş ittihamla özünü qismən təqsirli bilib.

R.Allahverdiyevin vəkili cinayət işi materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.

Buna görə proses yanvarın 21-dək təxirə salınıb.
//oxu.azскачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 533 17.01.19 16:42