Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmaz rayon sakini Məlik Ağayevin CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Median.Az xəbər verir ki, ötən il avqustun 19-da Xaçmaz rayonunun Qusarçay kəndi ərazisində fəaliyyət göstərən kafedə, Məlik Ağayev münaqişə zəminində rayon sakini Tural Dadaşovu bıçaqla qətlə yetirib.
Həmin gün Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən M.Ağayev saxlanılıb.
Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış yanvarın 22-nə təyin edilib.