23:06 Almaniya Ukraynaya döyüş təyyarələri göndərməyəcək  |     22:22 Azərbaycanda ət məhsulları niyə bahadır?  |     22:16 Dilarənin "Toppuş bacı" ilə son yazışması (FOTO)  |     22:02 Rayonda silahlı şəxs saxlanıldı  |     21:59 DİQQƏT! Soyuducuya yumurta qoymayın - SƏBƏB  |     21:51 Zəncəfilin bilmədiyimiz faydaları  |     21:45 Pulları pampersə yığan dilənçilər saxlanıldı - FOTO  |     21:38 “Telegram”da yeni funksiyalar yaradıldı  |     21:30 "McDonalds"ın qarşısında gənc oğlan bıçaqlandı - TƏFƏRRÜAT  |     21:25 Gün ərzində nə qədər qəhvə içmək olar?  |     21:16 Çexiyada prezident seçkilərinin ikinci turunda general Pyotr Pavel liderlik edir  |     21:09 Afrikalı vinger "Neftçi" ilə vidalaşıb  |     21:01 Türkmənistan XİN Azərbaycan səfirliyinə hücumu pisləyib  |     20:55 ATƏT-in Baş katibi: "Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyirəm"  |     20:48 Şahmat üzrə Azərbaycan çempionatının qalibi bəlli olub  |     20:43 Türkiyə şirkəti NATO üçün proqram təminatı hazırlayır  |     20:35 Azərbaycan millisinin futbolçusu Gürcüstan klubuna keçib  |     20:26 Sabahdan rayonlara qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ  |     20:21 Naxçıvanda “Kibergigiyena layihəsi”nin icrasına başlanılıb  |     20:12 Bakıda marketdə satıcı xanıma qarşı quldurluq edən şəxs saxlanılıb  |    
Batumidə güclü külək fəsadlar törədib - FOTO
Şəhərdə güclü külək, dəniz kənarında isə beş ballıq fırtına qeydə alınıb.

Median.Az
-ın “Sputnik Georgia”ya istinadən məlumatına görə, şəhər meriyasının mətbuat xidmətindən bildirilib ki, güclü külək dənizkənarı şəhər olan Batumidə (Acariya) bir neçə yaşayış binasının damını uçurub.

Külək ictimai nəqliyyat dayanacaqlarına, yol nişanlarına və reklam bannerlərinə zərər vurub. Dəniz kənarında fırtınanın gücü isə 5 bala çatıb.

Batumidə beşmərtəbəli binanın damının uçması təhlükəsindən Şavşeti küçəsi bağlanıb. Həmin ərazi polis nəzarəti altındadır. Həmçinin, Puşkin küçəsində də külək çoxmərtəbəli binanın pəncərələrini sındırıb.

Xaxuli küçəsində iki nəfər həyət evinin damından yıxılıb. Onlar yüngül xəsarət alıblar və təcili yardım briqadası onları klinikaya çatdırıb.

Pis hava şəraiti Dmanisi (Kvemo Kartli bölgəsi) şəhərində də problemlər yaradıb, güclü külək evlərin damını uçurub.

Hazırda yerli orqanlar güclü küləyin vurduğu zərəri müəyyənləşdirirlər. Zədələnmiş evlərin təmiri ilə yerli rayon rəhbərlikləri məşğul olacaq.





скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 237 17.01.19 12:48