16:32 Türkiyəyə yardım aparan Sərvərə bahalı maşın hədiyyə edildi  |     16:05 Narkoloji xəstə məhkumların videogörüş keçirmələrinə icazə veriləcək  |     15:40 DVX-nin vəzifəli şəxslərinin geyim formalarının yeni tələbləri müəyyən edilib  |     14:33 Naxçıvanda xəstəxanalar Türkiyədə zəlzələdə zərərçəkənlərin müalicəsi üçün hazır vəziyyətdədir  |     14:05 Azərbaycan yazıçılarının əsərlərini tərcümə edən şəxs ailəsi ilə birlikdə zəlzələdə həlak olub  |     13:51 Azərbaycan nefti bahalaşıb  |     13:39 Ölkə ərazisində hava yağıntılı olub, bəzi yerlərdə qar yağıb - FAKTİKİ HAVA  |     13:20 ABŞ-də yaşayan azərbaycanlılar Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım toplayırlar - VİDEO  |     13:06 Bakıda sığınacağa yerləşdirilmiş 17 yaşlı qız itkin düşüb  |     12:48 Bakıda polis maşını qəzaya düşdü  |     12:47 Heydər Əliyev Fondu Türkiyəyə yenə yardım yollayacaq  |     12:45 FHN-in xilasediciləri Türkiyədə 37 nəfəri dağıntılar altından sağ çıxarıblar - VİDEO  |     12:42 Düşənbədə bütün çoxmərtəbəli binaların zəlzələyə davamlılığı yoxlanılacaq  |     12:39 Rusiyalı müğənni ABŞ-nin sanksiyalar siyahısından çıxarıldı  |     12:38 “Charlie Hebdo”nun Türkiyədəki fəlakətlə bağlı karikaturası “faşist yumorunun” təzahürüdür  |     12:35 Kim Çen In 35 günlük fasilədən sonra ictimaiyyət qarşısına çıxdı - VİDEO  |     12:23 Qardaşımızın dərdinə riyakarcasına gülən ermənilər: “Yardımı zəhərləyib göndərməli idik” - VİDEO  |     12:10 Suriyada zəlzələdə ölənlərin sayı artmaqda davam edir: SON VƏZİYYƏT  |     12:00 Kahramanmaraş, Qaziantep zəlzələdən əvvəl və sonra - VİDEO  |     11:55 Sumqayıtda zəncirvari qəza olub, xəsarət alan var  |    
Səfirlik ABŞ-da qətlə yetirilən azərbaycanlı barədə - VİDEO
ABŞ-ın Şimali Karolina ştatının Şarlot şəhərində qətlə yetirilən Azərbaycan vətəndaşı Elçin Rəsul oğlu Xəlilovun cənazəsi qısa müddətdə Vətənə göndəriləcək.

Median.Az
xəbər verir ki, Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, faktla bağlı Şimali Karolina ştatının Şarlot-Meklenburq Polis Departamenti tərəfindən cinayət işi açılıb və hazırda istintaq əməliyyatları davam etdirilir.

Cinayət işi həmin polis departamentinin müstəntiqləri C.Dadli və B.Personun icraatındadır:

“Mərhumun yaxın qohumları ilə əlaqə saxlanılaraq baş vermiş hadisə barədə onlara məlumat verilib. Hazırda cənazənin qısa müddət ərzində Azərbaycana göndərilməsi istiqamətində iş aparırıq. Sənədləşmə işlərinin bu gün yekunlaşması gözlənilir və cənazə Şarlot şəhərindən Nyu-York şəhərinə, oradan da Vətənə göndəriləcək”.

Səfirlikdən bildirilib ki, baş vermiş hadisə nəzarətdədir, istintaqın gedişatı barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, yanvarın 14-də yerli vaxtla saat 11 radələrində Şarlot şəhərində telefon təmiri və satışı ilə məşğul olan həmyerlimiz 17.06.1989-cu il təvəllüdlü E.Xəlilov mağazaya naməlum şəxslərin silahlı basqını nəticəsində həyatını itirib.

E.Xəlilov basqın edilən “Fixer Electronic Repair” mağazasının sahibidir. O, Sumqayıt şəhərində 3 saylı orta məktəbi bitirib, Memarlıq və İnşaat Universitetinin məzunu olub.


скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 368 17.01.19 12:25