Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:48 Paşinyan Parisdə Makronla görüşüb | 18:28 Heydər Əliyev Fondu COP31 çərçivəsində geniş pavilyonla təmsil olunur - Foto | 18:19 Azərbaycanda ət ucuzlaşa, bəzi məhsullar isə bahalaşa bilər | 18:02 Bu dərmanlar görmə itkisinə səbəb ola bilər | 17:54 Bərdədə 40 yaşlı kişi evində ölü tapıldı | 17:47 Azərbaycanla oyundan əvvəl Lixtenşteyn millisinin kapitanı sıradan çıxdı | 17:36 Etibarnamə ilə maşın aldı, amma sürə bilmədi: Oğurluq iddiası - VİDEO | 17:21 Rafael Fiziyevin UFC-də növbəti rəqibi bəlli olur | 17:13 2027-ci ildə inflyasiya əhalinin alıcılıq qabiliyyətini azalda bilər – İQTİSADÇIDAN AÇIQLAMA | 16:51 Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir | 16:47 Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - Şadlıq sarayında ŞOK OĞURLUQ | 16:25 Avropa İttifaqı Ukraynada hərbi mövcudluğuna dair qərar verdi | 16:22 Bakıda qaraj tapmaq da bahalaşır: Qiymətlər niyə artır? | 16:19 Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur | 15:02 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq | 14:39 İrəvanda İran təxribatı: Azərbaycanın tarixi məscidinə erməni şairin adı verildi | 14:34 Sumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı | 14:09 Dekabrda neçə gün iş olmayacaq? | 13:42 Aygün Kazımova Eminemlə duet oxuyacaq? - FOTO | 13:36 Gəncədə yeniyetmə binanın beşinci mərtəbəsindən yıxılıb |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan bir sıra Mərkəzi Avropa ölkələrində ticarət evləri aça bilər

16.01.2019 20:56 2 001
Azərbaycan bir sıra Mərkəzi Avropa ölkələrində ticarət evləri aça bilər
Azərbaycan bir sıra Mərkəzi Avropa ölkələrində ticarət evləri açmaq imkanlarını qiymətləndirir.

Median.az bildirir ki, bunu Trend-ə açıqlamasında Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi Nemət Nağdəliyev deyib.

Ticarət nümayəndəsinin sözlərinə görə, hazırda təkliflərin istiqamətlənəcəyi bazarlar və tələbatlar öyrənilir: "Bu barədə danışmaq hələ tezdir. Lakin belə bir niyyət var və real imkanlar və zərurətlərlə müqayisə olunmalıdır. İndi Varşavadakı Ticarət Evi ilə bağlı çalışırıq. Paralel olaraq Xorvatiya, Çexiya və Almaniya bazarları öyrənilir".

N.Nağdəliyev bildirib ki, yanvarın 18-dən 27-dək Berlində keçiriləcək "Green Week 2019" Beynəlxalq sərgi-yarmarkasında Azərbaycan istehsallı məhsullar da təqdim olunacaq:

"Belə tədbirlərdə iştirak bizə öz məhsullarımızı təbliğ və təşviq etmək imkanı yaradır. Bizim məhsullarımızın üstünlüyü, əlbəttə ki, yüksək keyfiyyət və rəqabətli qiymətdir. Biz Avropa bazarlarında az təqdim olunan ixtisaslaşmış seqmentlərə də çıxa bilərik".

O əlavə edib ki, Ticarət Evinin açılması Azərbaycan məhsullarının Polşada tanıdılması baxımından çox yaxşı vasitə və mexanizmdir: "Bu, yerli əhalinin, biznes nümayəndələrinin və KİV-in Polşa bazarında hələ təqdim olunmayan məhsullarımızla tanış olması üçün yaxşı meydançadır. Hazırda distribüter və alıcıların cəlb edilməsi üzərində işləyirik".

Qeyd edək ki, dekabrın əvvəllərində Polşanın paytaxtı Varşavada Azərbaycan Ticarət Evi açılıb. Ticarət Evi "Made in Azerbaijan" brendinin Polşa bazarında daha çox tanıdılmasına, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsinə dəstək göstərir, yerli məhsullarımızın Polşada satışını təşkil edəcək, sahibkarlar arasında bu sahədə əlaqələndirməni həyata keçirir.

Ticarət Evində Azərbaycan şirkətlərinin müxtəlif növ məhsullarının sərgisi də təşkil olunur. Daimi fəaliyyət göstərəcək sərgidə 30-a yaxın Azərbaycan şirkətinin istehsal etdiyi məhsullar, o cümlədən spirtli içkilər, quru meyvələr, nar, fındıq, çay, mürəbbə, meyvə suları, mineral sular, kosmetik məhsullar və s. nümayiş olunur.

Son xəbərlər