23:06 Almaniya Ukraynaya döyüş təyyarələri göndərməyəcək  |     22:22 Azərbaycanda ət məhsulları niyə bahadır?  |     22:16 Dilarənin "Toppuş bacı" ilə son yazışması (FOTO)  |     22:02 Rayonda silahlı şəxs saxlanıldı  |     21:59 DİQQƏT! Soyuducuya yumurta qoymayın - SƏBƏB  |     21:51 Zəncəfilin bilmədiyimiz faydaları  |     21:45 Pulları pampersə yığan dilənçilər saxlanıldı - FOTO  |     21:38 “Telegram”da yeni funksiyalar yaradıldı  |     21:30 "McDonalds"ın qarşısında gənc oğlan bıçaqlandı - TƏFƏRRÜAT  |     21:25 Gün ərzində nə qədər qəhvə içmək olar?  |     21:16 Çexiyada prezident seçkilərinin ikinci turunda general Pyotr Pavel liderlik edir  |     21:09 Afrikalı vinger "Neftçi" ilə vidalaşıb  |     21:01 Türkmənistan XİN Azərbaycan səfirliyinə hücumu pisləyib  |     20:55 ATƏT-in Baş katibi: "Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyirəm"  |     20:48 Şahmat üzrə Azərbaycan çempionatının qalibi bəlli olub  |     20:43 Türkiyə şirkəti NATO üçün proqram təminatı hazırlayır  |     20:35 Azərbaycan millisinin futbolçusu Gürcüstan klubuna keçib  |     20:26 Sabahdan rayonlara qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ  |     20:21 Naxçıvanda “Kibergigiyena layihəsi”nin icrasına başlanılıb  |     20:12 Bakıda marketdə satıcı xanıma qarşı quldurluq edən şəxs saxlanılıb  |    
Prezident sərəncam imzalayıb
Azərbaycan prezidenti İlham Əliyev “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1383-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

Median.az
xəbər verir ki, Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək;

mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 30.3-cü maddəsində “bütün sənədlər” sözləri “sənədlər, bu Qanunun 32.2-1-ci maddəsinin tələblərinə əməl edilməklə,” sözləri ilə əvəz edilib, 32.2-ci maddəsində “inzibati orqan” sözlərindən sonra “, bu Qanunun 32.2-1-ci maddəsinin tələblərini nəzərə alaraq,” sözləri əlavə edilib.

Aşağıdakı məzmunda 32.2-1-ci maddə əlavə edilib:

“32.2-1. İnzibati orqan inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların ərizəçi tərəfindən əldə olunmasını tələb edə bilməz. İnzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədləri və ya məlumatları inzibati orqan özü əldə edir. İnzibati orqanın həmin sənədlərin və ya məlumatların əldə olunmasını ərizəçidən tələb etməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə səbəb olur.”.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 208 16.01.19 20:54