Övladı ödürülən ana: Oğlum dedi ki, məni arxadan vurdular » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |     13:43 Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb  |     13:41 Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək  |     13:39 Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA  |     13:37 Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO  |     13:35 Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular  |     13:32 Bakıda mənzildə qadın meyiti aşkarlanıb  |     13:30 Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi  |     13:29 Azərbaycan nefti cüzi bahalaşıb  |     13:26 “Atletik”in əfsanəsi komandanı tərk edir  |     13:26 Məşhur dünya brendi Rusiyanı tərk edir  |     13:25 Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri  |     13:24 İlon Mask yeni “Tesla” fabriklərinin tikintisindən imtina etdi  |     13:24 Almaniyada festivala qatılan 300-ə yaxın insan zəhərlənib  |     13:05 Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA (VİDEO)  |     13:04 Rusiyada məktəbli dəhşətli cinayətdə ittiham olunur  |     13:03 Mingəçevirdə sakinlər binanın zirzəmisinə dolan çirkab sulardan şikayətçidirlər - VİDEO  |     13:02 Lukaşenko hakimiyyətdən nə vaxt gedəcəyinə aydınlıq gətirdi  |     12:45 Fransada məşhur içməli su şirkətinin məhsullarında nəcis bakteriyası aşkar edilib  |    

Övladı ödürülən ana: Oğlum dedi ki, məni arxadan vurdular

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqla zərərçəkmişin ölümünə səbəb olmaqda təqsirləndirilən Pənah Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Median.az
xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Sabir Abdinov ittiham aktını elan edib.

İttihama münasibət bildirən P. Səmədov özünü təqsirli bilməyib.

Sonra mərhum Röyal Rəhimovun anası Dilarə Rəhimova ifadə verib. O deyib ki, oğlu taksi sürücüsü kimi fəaliyyət göstərib. Hadisə günü oğlunun evə pis vəziyyətdə qayıtdığını deyən D. Rəhimova mərhumun ağır formada döyüldüyünü iddia edib:

"Gəlib mənə dedi ki, ana, mən dalaşmışam. Dedi ki, alçaq məni arxadan vurdu. Bu adam mənim oğlumun başına çubuqla vurubmuş. Sonra dedi ki, başım ağrıyır, yatıram. Səhəri gün yuxudan oyananda gördüm ki, oğlum pis gündədir. Yerindən qalxa bilmir, əli-ayağı buz kimidir, üzü də göyərib. Tez təcili yardıma zəng etdim, onlar da uşağı xəstəxanaya apardılar. Oğlum 6 gün komada qaldı, sonra rəhmətə getdi".

Zərərçəkmiş şəxsin hüquqi varisi deyib ki, R. Rəhimova elektroşok veriblər:

"Elə söhbət də bunun üstündə düşüb. Oğluma elektroşok verib öldürdülər".

Təqsirləndirilən P. Səmədov isə Röyal Rəhimovu döymədiyini deyib. Bu zaman zərərçəkmiş şəxsin hüquqi varisi ilə aralarında mübahisə düşüb. Hakim Mirzə Xankişiyev tərəfləri sakitləşdirib və hər iki şəxsə xəbərdarlıq edib.

Daha sonra prosesdə şahidlər ifadə veriblər.

Məhkəmə iclası yanvarın 23-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə 2 iyun 2018-ci ildə baş verib. P. Səmədov əvvəllər tanıdığı Röyal Rəhimova 40 manat məbləğində elektroşok cihazı satıb. R. Rəhimov isə 25 manat ödəyib, 15 manat borclu qalıb.

P. Səmədov Röyal Rəhimovun 15 manat borcu xeyli müddətdir ödəməyini əsas gətirərək onunla görüşmək qərarına gəlib.

Görüş zamanı onların arasında mübahisə yaranıb. Mübahisə dava ilə nəticələnib və Pənah Səmədov Röyal Rəhimova yumruq zərbələri endirməklə onu döyüb. Sonuncu xəstəxanaya çatdırılsa da, 6 gün sonra dünyasını dəyişib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 125 16.01.19 20:38