Mojo.az Banner
Son Xəbərlər
22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |     18:12 Leyla Əliyeva Türkmənistanda səfərdədir - Foto  |     17:33 Rusiyanın Kiyevə hücumu zamanı Azərbaycan təşkilatının ofisinə ziyan dəydi  |     17:30 Şəhid ailələrinin pulunu mənimsəyən məmura ağır cəza verildi  |     17:28 TƏBİB Səhiyyə Nazirliyinə verildi: Xəstələri və xəstəxanaları nə gözləyir?  |     16:52 Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb  |     16:51 Prezident onları təltif etdi - Siyahı  |     16:46 Ailə qurmaq istədilər, çətinə düşdülər — Valideynlərin sənədi itibsə, NƏ ETMƏLİ  |     16:44 Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən nə vaxt çıxarılacaq?  |     14:41 Vətəndaşı təhqir edən vəzifəli şəxs işdən çıxarıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Şəkidə Olimpiya məhəlləsində zenit top mərmisi tapılıb (FOTO)

16.01.2019 20:16 3 766
Şəkidə Olimpiya məhəlləsində zenit top mərmisi tapılıb (FOTO)
Şəkidə Olimpiya məhəlləsində zenit top mərmisi tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən Trend-ə verilən məlumata görə, bu gün saat 12:08-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Şəki şəhəri, Olimpiya məhəlləsi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Şəki şəhər (rayon) Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis şöbəsinin əməkdaşları tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 30 mm zenit top mərmisi (OFZ) aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin ətrafında 2 100 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

скачать dle 11.3

Son xəbərlər