Mojo.az Banner
18:20 Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur?  |     18:06 Eldar Hacıbalayevin həyat yoldaşı da işdən azad olundu - FOTO  |     17:44 Ev satmaq adı ilə 23 min manat dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb  |     17:34 Yasda gülüş üstündə QAN TÖKÜLDÜ: Bakıdakı cinayətin DETALLARI  |     17:20 Premyer Liqa: "Neftçi", "Sabah" və "Qarabağ"ın növbəti oyunlarının təyinatları açıqlanıb  |     17:11 Abşeronda dəhşətli qəza: Yeniyetmə sürücü qadını ÖLDÜRÜB QAÇDI? - GÖRÜNTÜLƏR  |     16:53 Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl göndəriləcək  |     16:39 Bakıda küçələrdən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq  |     16:34 Sabah çimərliklərdə hava necə olacaq?  |     16:26 KMBİ qanunsuz onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfəri tutub - VİDEO  |     16:10 Bakıda dörd bina sökülə bilər - ÜNVANLAR  |     15:59 Tbilisidə su anbarında 15 yaşlı azərbaycanlının cəsədi tapıldı  |     15:55 Laçın Film Festivalı Azərbaycan kinosuna nə vəd edir? – SORĞU  |     15:46 Azərbaycanlı dənizçilərin olduğu gəmi Qara dənizdə batıb - İDDİA  |     15:35 Dələduzluqda ittiham edilən Nigar Fərhad sərbəst buraxıldı  |     15:34 Azərbaycanın İrandakı səfirliyi və konsulluğu müharibə şəraitində fəaliyyət göstərən diplomatik korpus kateqoriyasına daxil edilib  |     13:31 Neft qiymətlərində dalğalanma: Son məlumatlar açıqlandı  |     13:11 Norveç kralı V Harald vəfat etdi  |     13:02 Bəyan edilməyən dərmanların gömrük sərhədindən keçirilməsinin qarşısı alındı  |     12:52 Baş nazir yeni dövlət proqramı ilə bağlı qurumlara tapşırıq verdi  |    
Left Banner
Right Banner

Asif Əsgərov sabah gözlənilən hava ilə bağlı tapşırıq verdi

16.01.2019 20:08 2 312
Asif Əsgərov sabah gözlənilən hava ilə bağlı tapşırıq verdi
Yanvarın 16-da Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib.

Median.az
xəbər verir ki, iclasda rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, RİH başçısının sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə, təhsil, səhiyyə və digər müəssisə rəhbərləri, MTKB və tabeliyində olan MKİS-lərin və rayon ərazisində fəaliyyət göstərən digər kommunal və xidmət sahələrinin rəhbərləri iştirak edib

Şura iclasına sədrlik edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 2018-2019-cu ilin payız-qış mövsümünə hazırlıqla bağlı görülmüş işlər haqqında geniş məlumat verərək, qış aylarında havaların kəskin soyuq, qarlı-şaxtalı keçən günlərində rayon İcra Hakimiyyətində yaradılmış xüsusi Qərargah üzvlərinin, rayonun ayrı-ayrı təsərrüfat xidmətlərinin xüsusi rejimdə çalışacağını, yaranan çatışmamazlıqların aradan qaldırılması məqsədilə operativ tədbirlərin görüləcəyini bildirib.

Yanvar ayının 17-si və 18-i tarixlərində Bakı şəhərində havaların kəskin dəyişəcəyi, temperaturun aşağı enəcəyi, küləyin bəzi hallarda saniyədə 25-40 metrədək şiddətlənəcəyi bildirilərək, bununla bağlı müvafiq tədbirlərin görülməsi barədə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən tapşırıqların verildiyi qeyd edilib.

Rayon İcra Hakimiyyəti Başçısı Aparatının, nümayəndəliklərin, xidmət sahələrinin gücləndirilmiş iş rejiminə keçirilməsi, təsdiq edilmiş tədbirlər planına uyğun olaraq maşın mexanizmlərin, avadanlıq və inventarların tam hazırlıq vəziyyətinə gətirilməsi, müəssisə və təşkilatlarda növbətçiliyin yaradılması, əhali arasında təbliğat işinin aparılması, ağacların yanında nəqliyyat vasitələrinin saxlanmaması və hündürmərtəbəli binaların tikintisi gedən yerlərdə təhlükəsizlik qaydalarına riayət edilməsi, sürüşmə ehtimalı olan yolların qardan və buzdan təmizlənməsi, baş verəcək hadisələrin qarşısının alınması üçün operativ tədbirlərin görülməsi və işlərin gedişatı barədə mütəmadi olaraq rayon İcra Hakimiyyətinə məlumat verilməsi RİH Başçısı tərəfindən tapşırıldı.

скачать dle 11.3
Mojo.az Banner